Ramil Usubov vəzifəsindən çıxarıldı, Vilayət Eyvazov daxili işlər naziri təyin edildi

Cəmiyyət / Manşet
 20-06-2019, 18:17     2 086

Ramil Usubov vÉzifÉsindÉn çıxarıldı, VilayÉt Eyvazov daxili iÅlÉr naziri tÉyin edildi
Prezident İlham Əliyev Vilayət Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. 

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Azerbaycanrealligi.com