sitename

Zamirə Hacıyeva üçün gerisayım başlayır - son 1 ay

Sabiq bankirin həyat yoldaşının Londondan Lüksemburqa köçmə ehtimalı var; Azərbaycana gətirilərsə, onu 12 illik həbs cəzası gözləyir...

İyunun 24-də Londonun “Westminster Magistrates” məhkəməsində Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə proses keçiriləcək. Bu haqda məhkəmə müvafiq qərarı ötən ilin noyabrında verib. Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində bu ölkə ərazisindəki sərvətini hansı gəlirlər hesabına alındığını açıqlamalıdır.

Məhkəmənin qərarına görə, bunun üçün Zamirə Hacıyevanın 2019-cu il iyunun 24-dən 28-nə qədər vaxtı var. Sabiq bankirin həyat yoldaşı ayrılan 4 gün ərzində məhkəməyə gəlməli, Britaniya ərazisindəki əmlakların alınmasına sərf olunan vəsaitlərin hansı mənbədən əldə edilməsi haqda əsaslı izahat verməlidir. Zamirə Hacıyeva və vəkili Hüqo Keyt London məhkəməsinin hakimlərini mal-mülkün leqal biznesdən əldə olunan gəlirlərlə alındığına inandırmalıdırlar. Əks halda, Hacıyevlərin illərlə Londona transfer etdikləri milyonlara alınan mal-mülk Britaniya hökumətinin sərəncamına keçə bilər. 
ZamiràHacñyeva ile ilgili görsel sonucu
Hazırda Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Zamirə Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Hacıyevlərin “Harrods”un bahalı avtomobil parkında 2 xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb. Zamirə Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq ”Boucheron" sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.
ZamiràHacñyeva ile ilgili görsel sonucu
Hacıyevlərin başı qalda ikən daha bir ciddi problemlə üz-üzədirlər. Zamirə Hacıyeva illərdir Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyinin varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizası ilə yaşayır. Britaniyada əcnəbi sahibkarlar Tier 1 (Entrepreneur) vizasını almaq üçün ölkəyə 200 min funt sterlinq investisiya qoymalıdırlar. Bundan sonra ilkin olaraq 3 il 4 aylıq viza verilir. Müddət başa çatdıqdan sonra ehtiyac yaranarsa, vizanı daha 2 il müddətinə uzatmaq mümkündür. Bu viza ilə sahibkar 180 gün ərzində ölkənin hüdudlarından kənarda da yaşaya bilər. 3 il sonra isə bu, sahibkara ölkədə daim yaşamaq hüququ da qazandıra bilər. Amma bunun da şərtləri var. Bunun üçün sahibkar 10 yeni daimi iş yeri, 20 isə daimi olmayan iş yeri açmalıdır. 3 il sonra daimi yaşamaq hüququ almaq üçün daha bir variant var. Bu, o halda mümkündür ki, şirkətin 3 illik gəliri 5 milyon funt-sterlinqdən az olmamalıdır. Tier 1  vizası almış sahibkar öz ailəsini də Britaniyaya gətirmək hüququna malikdir. Bunun üçün onların maliyyəşəcəyinə təminat vermək kifayətdir.

Hazırda Zamirə Hacıyevanın vizasının müddəti bitmək üzrədir. Ötən ilin  sonunda dünyanın aparıcı nəşrləri Britaniyada bədxərcliyinə görə böyük qalmaqala səbəb olmuş Zamirə Hacıyevadan yazırdılar. Belə bir səs-küydən sonra vizasının uzadılaraq Londonda qalması mümkünsüz kimi görünür. Bu halda, Z.Hacıyeva Britaniyanı tərk etmək məcburiyyətində qalacaq. Barəsində axtarış qərarı olan Zamirə Hacıyevanın hansı ölkəyə sığına biləcəyi maraq doğurur. Britaniyadan çıxarılacağı təqdirdə Zamirə Hacıyevanın Lüksemburqa sığına biləcəyi ehtimalı var. Belə məlumatlar dolaşır ki, onun Avropa İttifaqının 3 paytaxtından biri olan Lüksemburqa üz tuta bilməsini şərtləndirən əsas amil kürəkəni Anar Mahmudovun orada biznesinin olmasıdır. Zamirə Hacıyeva orada yaxın qohumlarının qonağı kimi uzun müddət yaşaya bilər.

Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi burada yerləşir. Anar Mahmudov Eldar Mahmudovun oğludur. O, Zamirə Hacıyevanın qızı Leyla ilə 2012-ci ildə ailə həyatı qurub. Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri var. Anar Mahmudovun Bakıda təsis edilən “Caspian Crystal Holdinq”ə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Onun bir neçə tikinti şirkəti də var.
ðlgili resim
Sabiq bankirin həyat yoldaşı Azərbaycana ekstradisiya olunsa, onu uzunmüddətli həbs cəzası gözləyir. 2016-cı ilin iyununda Nərimanov Rayon Məhkəməsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.
Qərar çıxarılandan sonra Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası üçün Londona istintaq qrupu göndərilmişdi. Lakin həmin vaxt “İzahedilməz Sərvət Sərəncamı” qəbul edilmədiyindən, sabiq bankirin həyat yoldaşının varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizasının qüvvədə olması səbəbi ilə ekstradisiya baş tutmamışdı. Artıq şərtlər dəyişib və Zamirə Hacıyeva gələn ay Azərbaycana gətirilə bilər. Bunun üçün hüquqi cəhətdən hər hansı əngəl qalmayıb.

Z.Hacıyevaya qarşı Azərbaycanda Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Zamirə Hacıyeva Azərbaycanda əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 460
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 2 999
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 291
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 506
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar