Qadın bacısının ərindən uşaq dünyaya gətirdi - Azərbaycanda

23, 04, 19
18:21

Qadın bacısının ərindən uşaq dünyaya gətirdi - Azərbaycanda


Azərbaycanda qadın bacısının ərindən uşaq dünyaya gətirib. 

Azerbaycanrealligi.com unikal.org-a  istinadən xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində məlumat verilib. Belə ki, anasını və atasını axtarmaq üçün verilişə çıxan Aynur həyatının şokunu yaşayıb. Belə ki, o təcavüzdən doğulan uşaq olduğunu öyrənib. Aynurun anası bildirib ki, 32 il əvvəl baş ağrılarına görə xəstəxanada yatıb:"6-cı və bazar günü bacımgildə qalırdım. Bacımın əri mənə dərman verdi ki, iç bunu, sabah xəstəxanaya gedəcəksən. Dərmanı içəndən sonra özümdən getdim. Ayılanda artıq hər şey gec idi. O, mənə hədə-qorxu gəlirdi ki, kiməsə desən səni öldürəcəyəm. Bir gün gəlib dedi ki, qoşul mənə, qaç. Bacım çox yazıq insan idi. Atamgil gələndə onlara qoşulub getdim. Uzun müddət bunu ailəmdən gizlətdim. Bu barədə heç kimə məlumat verə bilmədim. Hamiləliyim barədə heç kimin xəbəri yox idi. Qardaşlarım və valideynlərim çox yaxşı insan idi. Bir neçə dəfə intihara cəhd etdim. Qızım dünyaya gələndə onu xəstəxanaya qoyub qaçdım. Məni bacımın qohumları gizlətdi. Qardaşlarım uzun müddətdən sonra məni qəbul etdi. Bacım hər şeyi öyrənəndən sonra ərindən ayrıldı. Bacımın əri qardaşlarımdan qorxub qaçıb. Hələ də bilinmir ki, o harada gizlənib".

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın