Fikrət Məmmədov yola salınır – Məhkəmə sistemində kadr islahatları başlayır

08, 04, 19
09:34

Fikrət Məmmədov yola salınır – Məhkəmə sistemində kadr islahatları başlayır

FikrÉt MÉmmÉdov yola salınır â MÉhkÉmÉ sistemindÉ kadr islahatları baÅlayır
Prezident İlham Əliyevin son çıxışlarında məhkəmə sahəsində problemlərin olması ilə bağlı fikirləri və nəhayət bu sahədə islahatlarla bağlı fərmanı atılacaq addımların davam edəcəyini göstərir.

Azerbaycanrealligi.com xəbər verir ki, “Yeni Sabah”a bu haqda bilgi verən mənbənin sözlərinə görə, məhkəmə sistemi ilə bağlı qanunvericilik bazası təkmilləşdikdən sonra növbə kadr islahatlarına çatacaq. Artıq bununla bağlı müxtəlif məlumatlar da yayılmaqdadır.

20 ilə yaxındır ki, ədliyyə naziri olan Fikrət Məmmədovun yaxın aylarda yola salınacağı bildirilir. Prezidentə yazılan şikayətlərin böyük əksəriyyətinin ədliyyə sistemi ilə bağlı olduğunu nəzərə alan dövlət rəhbərliyi uzun illərdir bu sistemdə kök atmış məmurları yeni kadrlarla əvəz etməyi hədəfləyib. Məhkəmə hüquq sisteminə daxil olan digər sahələrin rüşvətxorlardan təmizlənməsi üçün kadırların yenilənməsi üzərində radikal addımlar atılacaq.

İslahatlar nazirliyin pentensiar və notariat idarələrini də əhatə edəcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın