Daha iki məmurun taxt-tac kimi kreslosu

07, 04, 19
19:15

Daha iki məmurun taxt-tac kimi kreslosu

Daha iki mÉmurun taxt-tac kimi kreslosu
Bir neçə gün əvvəl Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəbdəbəli kreslosu mediada gündəm olmuşdu. Sosial şəbəkə istifadəçiləri prezidentin kreslosu ilə nazirin kreslosunu müqayisə etmiş və K. Heydərovun bu qədər dəbdəbə nümayişinə tənqidlə yanaşmışdılar. Azerbaycanrealligi.com "Yeni Sabah-a” isitnadən xəbər verir ki, sosial şəbəkələrdə daha iki məmurun iş otağındakı kreslolarının fotoları yayılıb. Amma istifadəçilərin qeyd etdiyi kimi bu kreslo deyil. 

Əgər K. Heydərovun kreslosu gəmiyə bənzədilirdisə, Bakı şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və bu günlərdə Şabran rayonuna icra başçısı təyin edilmiş Siyəzən rayonunun keçmiş icra başçısı Asif Hüseynovun kresloları təyyarədir.Heç kralların da belə taxt-tacları olmayıb... 

Prezident dəfələrlə məmurlarla görüşündə onları dəbdəbəli və harın həyat tərzindən uzaq durmağa səsləyib. Bu çağırışların həm tövsiyyə, həm də xəbərdarlıq tonunda olmasından asılı olmayaraq bunlardan hələ də doğru nəticənin çıxarılmadığı göz önündədir. Oxucuların müqayisə aparması üçün ölkə prezidentinin əyləşdiyi kreslonun və adlarını çəkdiyimiz məmurların kreslolarının fotolarını təqdim edirik: 



Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın