"Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq" - Mədət Quliyev

07, 04, 19
14:16

"Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq" - Mədət Quliyev



Azerbaycanrealligi.com Trend-ə istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib.

M.Quliyev qeyd edib: "Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın