Millət vəkili Adil Əliyev səngərdə hərbçi və əsgərlərlə görüşdü - FOTOLAR

31, 03, 19
13:48

Millət vəkili Adil Əliyev səngərdə hərbçi və əsgərlərlə görüşdü - FOTOLAR


Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev döyüş bölgəsindəki səngərlərdə xidmət edən Azərbaycan hərbçi və əsgərlərini ziyarət edib. Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda millət vəkili Adil Əliyev özü facebook hesabında fotolar paylaşaraq öz izləyicilərinə məlumat verib. Paylaşımlar tez bir zamanda millət vəkilinin izləyicləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu jestə görə millət vəkilinin izləyiciləri onu alqışlayıblar. Sözügedən statusu təqdim edirik. "Dəyərli dostlarım və Federasiyamızın fəalları ilə səngərdə xidmət edən əsgərlərimizi ziyarət etdik.. Azərbaycanın ərazi bütövlüyünü qoruyan Silahlı Qüvvələrimizin, əsgər və zabitlərini ziyarət etmək hər birimizin vətəndaşlıq borcudur. Allah əsgərlərimizi və ordumuzu qorusun, inşallah.." deyə sonda Adil Əliyev qeyd edib.




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın