Qalmaqallı oliqarx Şərurlu İsfəndiyar şəhidi polkovnikin evini ailəsinin əlindən aldı
Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, ötən gün Ali Məhkəməyə Kassasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb:“Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.
Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

A.Eyvazlı həmçinin Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: “Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”.
Azerbaycanrealligi.com