Şəhidimizin adına olan mərkəz biabırçı durumda - FOTO

23, 03, 19
11:49

Şəhidimizin adına olan mərkəz biabırçı durumda - FOTO


Laçının müdafiəsi uğrunda şəhid olan hərbçimiz Əhməd Kərimovun adını daşıyan Mədəniyyət Mərkəzinin fotosu yayılıb. 

Azerbaycanrealligi.com Gununsesi.org-a istinadən xəbər verir ki, Ağcabədi rayonunda yerləşən bu tikilinin qarşısında onun adını ifadə edən yazı olmasa hara olduğunu müəyyən etmək mümkün olmaz.
Laçından olan məcburi köçkünlər şəhidin bur formada hörmətsiz olmasındansa onun adının qapıdan götürülməsini istədiklərini deyiblər: “Təsəvvür edin ki, hansısa məktəbliləri gətirib şəhidin adını daşıyan mərkəzlə tanış edirik. O şagirdlərin təsəvvüründə şəhidə münasibətin necə formalaşdığını düşünün”. 
Xatırladaq ki, Ərəsdun Əhməd oğlu Kərimov Laçın rayonunun Mişni kəndində anadan olub. İşğal zamanı sonadək ermənilərlə döyüşüb. Sonda əsir düşməmək üçün 3 əsgəri ilə birlikdə özlərini qumbara ilə partladaraq Şəhid olub.


Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın