“Zülmə son qoyun” – haqqı tapdanan sahibkar aclığa başladı – Fotolar

07, 02, 19
21:18

“Zülmə son qoyun” – haqqı tapdanan sahibkar aclığa başladı – Fotolar


Haqsızlıqla üzləşdiyini deyən və əmlakı əlindən alınan, məhkəmələrdə süründürülən sahibkar Ziya Əliyev artıq aclıq aksiyasına başladığını elan edib.

Aclıq keçirən biznesmen “Sədaqət Qəhrəmanovanın zülmünə son qoyun”, “İş, çörək yerimizi əlimizdən almağa qoymayın” şüarları yazılmış transparatlar aclıq etdiyi evdə divarlara yapışdırıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə Reportyor.info-ya məlumat verən iş adamının sözlərinə görə, Prezident Administrasiyasına gedib, prokurorluqda olub, bütün dövlət instansiyalarına üz tutub:

“Aylardır ki, məni süründürürlər, məhv etməyə çalışırlar. Məhkəmələr qanunsuz qərarlar çıxarır, sifarişləri yerinə yetirir. Mən hara gedim, dərdimi kimə deyim? Bütün bunlardan sonra ölüm aclığına başlamaqdan ayrı çarəm qalmamışdı.

Mən bir vətəndaş kimi hüquqlarımın bərpa olunması üçün mübarizə aparıram və dövlət tərəfindən heç bir köməklik göstərilmirsə, aclıqdan başqa yol yoxdur.

Bu məmurlar niyə belə edirlər? Prezident şəhid ailələrinə qayğı göstərir, iş adamlarına əlverişli imkanlar açır, cəmiyyətin bütün təbəqələrinə şərait yaradır, bu məmurlar isə aman vermirlər.

Prezident Administrasiyasında oldum, mənə dedilər ki, get məhkəməyə. Hansı məhkəməyə? Məhkəmələr tapşırıqlar qərar çıxarırlar. Elə məhkəmələr haqqımı tapdaladığı üçün prezidentin qapısına getmişdim”.

Qeyd edək ki, bir neçə il qabaq BMT İnkişaf Proqramı üzrə seçkilərlə əlaqədar 3 müəssisə yaranmışdı. Aztəminatlı ailələri işlə təmin etmək nəzərdə tutulurdu.

O zaman birini sahibkar Ziya Əliyevə həvalə eləyiblər, qohum-əqrəbanın köməyi ilə müəssisəni tikib: “Bir müddət sonra müdaxilələr başladı.
Sonra məni məhkəməyə verdilər ki, guya Sədaqət Qəhrəmanovanın (Şirvanın sabiq icra başçısı- red) obyektindən istifadə eləmişəm.
Saxta sənəd hazırlayıb, arxiv idarəsində qeydiyyatdan keçirdilər. Ustalar da məhkəmədə təsdiqləyiblər ki, bu obyekti mən tikmişəm. Amma məhkəmə qeyri-obyektiv qərar çıxardı”.

“Bərəkət” MMC fəaliyyət göstərməsə də, bu günə kimi ZiyaƏliyevə məhkəmələrə təsir nəticəsində 12 min manat cərimə ödədilib. İndi yenidən 17 min 300 və 49 000 manat tələb edirlər. İş Ali Məhkəməyə qədər gedib, onlar Ali Məhkəməyə də təsir edə biliblər.

Çünki Ali Məhkəmə əvvəlcə qərar verib ki, bu iddia əsassızdır, ləğv olunmalıdır. Z.Əliyev deyir ki, görün bu adamların əli nə qədər uzundur ki, onlar Ali Məhkəmənin tövsiyyələrinə qarşı çıxmağa Şirvan Apelyasiya Məhkəməsini məcbur ediblər:

Apellyasiya Məhkəməsi də sonda öz qərarını dəyişməyə məcbur olub. Yəni əvvəlcə ”əsassız” hesab etdiyi qərarı, sonra “əsaslı” sayıb. Bu hadisə dünyada analoqu olmayan qanun pozuntusudur”.

Dövlət başçısı çıxışlarında iş adamlarına dəstək verilməsinin vacibliyini vurğulayır, iş yerlərinin sayının artırılmasını qeyd edir.
Amma sahibkarlara qarşı olan bu haqsızlıqlar onları müflisləşməsinə gətirib çıxarır. İndisə iş adamı nəinki müflsi olmaq, artıq aclığa başlamağa məhkum edilib.

Bu gedişlə onu intihara sürükləyən məhkəmə orqanları ölkə adına, qanun və ədalət adına hansı rüsvayçılığa imza atdıqlarının, hakimiyyətin, prezidentin siyasətinə necə xələl gətirdiklərinin fərqinə varmırlar.

İş adamı bütün bunların arxasında sabiq icra başçısı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini S.Qəhrəmanovanın dayandığını iddia edir. Komitə sədrinin müavini isə saytımıza açıqlamasında ittihamları rədd eləmişdi.

Qeyd edək ki, Azərbaycanda bu il heç bir əyalətdə səs-küylü etiraz aksiyası olmamışdı. Amma Ziya Əliyevə qarşı olan ədalətsizliyə görə Şirvanda camaat ayağa qalxmışdı, plakatlar, şüarlar şəhəri bürümüşdü.




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın