Qarabağ yolunda ağır qəzalar-16 erməni yaralandı, 1-i hərbçidir-foto

03, 01, 19
21:00

Qarabağ yolunda ağır qəzalar-16 erməni yaralandı, 1-i hərbçidir-foto


Ermənistanın Geqarkunski vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə İrəvandan işğal altındakı Azərbaycan ərazilərinə çəkilən yolun, İrəvan-Xocavənd magistralının 28-ci km-liyində baş verib. Bu gün saat 15.00 radələrində baş verən qəzada “Mersedes” və “Nissan” toqquşub. Nəticədə 9 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqdır. Yaralılar tibb məntəqəsinə yerləşdirilib.
Qeyd edək ki, ötən gecə yarısı Kəlbəcər yolunda da ağır qəza baş verib. Nəticədə Ermənistan Müdafiə Nazirliyinin hissə komandirinin mavini, İrəvandan olan Tatul Sərkisyan və daha 6 nəfər yaralanıb.
c0270d21a107a969b8cbd7306bb6df2f (1).jpg (73 KB)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın