Mesenat Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrə bayram sevinci yaşatdı - FOTOLAR

01, 01, 19
21:38

Mesenat Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrə bayram sevinci yaşatdı - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, 31 dekabr Yeni il və Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə əksəriyyəti uşaq olmaqla 300-ə yaxın ehtiyaclı şəxs üçün bayram ziyafəti təşkil edilib. Kleopatra şadlıq sarayında baş tutan tədbirdə əyləncə və müxtəlif şoular nümayiş etdirilib, uşaqlara bayram hədiyyəsi paylanılıb. Tanınmış idmançılar, Avropa, dünya və olimpiya mükafatçıları, həmçinin müxtəlif təşkilat, media orqanları və təhsil ocaqlarının nümayəndələri tədbirdə çıxış edərək bayram təbriklərini çatdırıblar. Mesenat Xeyriyyə Cəmiyyətinin dəvəti ilə tədbirə qatılan rəqs qrupları, idmançılar, klonlar, Şaxta Baba və Qar Qız, üz boyama sənətkarları isə uşaqlara maraqlı əyləncəli anlar yaşadıblar. İncəsənət nümayəndələri də ifaları ilə tədbirə xüsusi rəng qatıblar. Qeyd edək ki, tədbirdə yığılan ianələrlə əlavə olaraq uşaqlar evinə və ehtiyaclı ailələrə ərzaq yardımı edilib.

FOTOLAR







Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın