Ağsuda Cumhuriyyətinn100 illiyi ilə bağlı tədbir keçirilib. - FOTOLAR

28, 12, 18
20:55

Ağsuda Cumhuriyyətinn100 illiyi ilə bağlı tədbir keçirilib. - FOTOLAR


Azerbaycanrealligi.com xəbər verir ki, Bu gün "Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək" İçtimai Birliyinin və Sozcu.az xəbər portalının təşkilatçılığı ilə Ağsu rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 -cü ildönümü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhları bir dəqiqəlik sayğı duruşu ilə yad edilib.

Tədbiri giriş sözü ilə açan "Qarabağ Qaziləri və Şəhid ailələrinə Dəstək" İB-nin sədri, Sozcu.az saytının təsisçisi Elşən Əlisoy Cümhuriyyət tarixi barədə çıxış edib.

Milli Azadlıq Hərəkatının fəallarından olan AXCP Ağsu rayon şöbəsinin sədri Ramiz Məmmədov çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Ramiz Məmmədov Milli Azadlıq Hərəkatının tarixi, milli hakimiyyət zamanı görülən işlər barədə məlumat verərək, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətiriləmisinin vacibliyini bildirib.
Çıxış edən Qarabağ qazisi, QAT Ali Məclisinin üzvü Rafiq Günəşli keçirilən tədbirin onun həyatının ən sevincli günlərindən olduğunu deyərək, gənclərə minnətdarlıq edib. Rafiq Günəşli milli qüvvələrin birliyinin vacibliyindən danışaraq tədbirdə iştirak edənləri hər zaman bir olmağa səsləyib.
“Çıxış edən Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nin üzvü Nemət Elturan Azərbaycan bildirdi ki, hakimiyyətinin Cümhuriyyət dəyərlərini unutdurmağa çalışsa da buna nail ola bilməyəcək. Azərbaycan gəncliyi yaxın zamanlarda Cümhuriyyəti bərpa edəcəklər.
KXCP üzvü Yaqub Cəbrayıloğlu Azərbaycan gəncliyini dövlətə sahib durmağa səsləyib.

AXCP üzvü Qəşəm Cümhuriyyət tarixindən danışaraq, Cümhuriyyətin yenidən bərpa olunacağına inandığını bildirib.
Çıxışçılar, KXCP üzvü İntiqam Miriyev, AXCP üzvü Qənimət Mehdiyev, Suleyman Behbudov və digərləri Cümhuriyyətin tarixi və hazırkı ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşdülər.

Sonda AXCP Ağsu rayon Şöbəsinin sədri Ramiz Məmmədov, Qarabağ qazisi , QAT Ali Məclisinin üzvü Rafiq Günəşli, Milli Azadlıq Hərəkatının fəal üzvü olan Ramiz Məmmədov, Milli Azadlıq Hərəkatının fəallarından olan, KXCP Ağsu rayon şöbəsinin üzvü Yaqub Cəbrayıloğlu, KXCP Ağsu rayon şöbəsinin üzvü İntiqam Miriyev , "Carçı" Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, “Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İçtimai Birliyinin və Sozcu.az saytının Cümhuriyyətin 100 illiyi ilə bağlı hazırladığı Fəxri Fərmanla mükafatlandırılıblar.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın