Xatun Etibarqızının Seyyid İsaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib

17, 12, 18
20:02

Xatun Etibarqızının Seyyid İsaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib

Bir neçə gün bundan öncə Hedef14.org saytının əməkdaşı Gülxatun Əkbərovanın (Xatun Etibarqızı) gənc dini xadim Seyyid İsa (Hənifəyev İsa) məhkəməyə verməsi haqqında məlumat vermişdik. Jurnalist və inanclı xanımın məhkəmədə qaldırdığı iddia rədd edilib. Bu barədə Azerbaycanrealligi.com Yasamal Rayon Məhkəməsində işləyən etibarlı mənbələrdən məlumat alıb. Qeyd edək ki, tərəflərin hər ikisi inanclı dini zümrəni təmsil edirlər. Seyyid İsa İranın tanınmış dini şəxslərinin ünvanına sərt tənqidi fikirləri ilə yadda qalıb. Məsələ ilə bağlı Xatun Etibarqızı facebook sosial şəbəkəsində bu haqda status yazaraq məhkəmənin onun iddasını rədd etməsinə müvafiq etirazını bildirib. Onu da əlavə edib ki, bu işin sonuna kimi gedəcək, rədd olunmuş məhkəmə qərarından Apelliyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edəcəkdir. Haqqı bərpa olunmasa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə qədər şikayət edəcəyini bildirib. Onu da əlavə edək, hər iki inanclı şəxs sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqirlər səsləndirmiş, elə buna görə də ilk olaraq məhkəməyə üz tutan Xatun Etibarqızı olmuşdur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın