"Uşaq nə deyib ki, düşüblər üzərinə?" - Nurəddin Xoca Mübariz İbrahimovu təhqir etmiş psixoloqun MÜDAFİƏSİNƏ QALXDI

16, 12, 18
10:37

"Uşaq nə deyib ki, düşüblər üzərinə?" - Nurəddin Xoca Mübariz İbrahimovu təhqir etmiş psixoloqun MÜDAFİƏSİNƏ QALXDI


“Boz qurd" batalyonunun komandiri olmuş tanınmış döyüşçü Nurəddin Xoca Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etmiş psixoloq Nərmin Şahmarzadəni müdafiə edib.

Azerbaycanrealligi.com
xəbər verir ki, Nurəddin Xoca Demokrat.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Nərmin Şahmarzadənin təhqir edilməsi yaxşı hərəkət deyil:
"Axı o qızın nə günahı var? Uşaq nə deyib ki, düşüblər üzərinə? Əgər o qızı şəhidə görə söyürlərsə, o zaman nə qədər şəhid anasını yerlə sürüyürlər. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır. Ümumiyyətlə, mən bu məsələ ilə bağlı danışmaq istəmirəm"

Xatırladaq ki, psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib.

O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb.
Psixoloq canlı yayım açaraq şok ifadələr işlədib.
O, qeyd edib ki, qanımda erməni qanının qarışığının olmasına şübhəm yoxdur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın