ABŞ səfirliyi Qarabağ Komitəsinə məktub göndərdi: Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımırıq

08, 12, 18
20:48

ABŞ səfirliyi Qarabağ Komitəsinə məktub göndərdi: Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımırıq

Qarabağ Komitəsinin Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyanın noyabr ayında ABŞ-a “səfəri” ilə bağlı göndərilən etiraz məktubuna ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qil tərəfindən cavab məktubu göndərilib.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda Qarabağ Komitəsinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, cavab məktubunda diplomat bildirib ki, Saakyanın ABŞ-a səfəri barədə Qarabağ Komitəsinin səfirliyə məktub göndərməsini dəyərləndirir. Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı de-fakto rejimi və Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımır. “Birləşmiş Ştatlar tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir”.

Diplomat sonra bildirib ki, Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biri kimi Helsinki Yekun Aktının əsas prinsipləri: güc tətbiq etməmək və güc tətbiq etməklə bağlı təhdid etməmək, ərazi bütövlüyü, habelə xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi əsasında danışıqlar yolu ilə tənzimləmə istiqamətində işləməyə davam edəcək: “Bizim tanımama siyasətimizdə dəyişiklik yoxdur. Birləşmiş Ştatlar Azərbaycanın güclü, müstəqil, çiçəklənən və demokratik ölkə kimi gələcək inkişafını dəstəkləməyə sadiq qalır”.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın