Xırdalanda sərnişin avtobusu aşdı, 9 YARALI VAR

08, 12, 18
12:45

Xırdalanda sərnişin avtobusu aşdı, 9 YARALI VAR


Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

Azerbaycanrealligi.com report-a istinadən bildirir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.


Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın