Gənc yazar vərəm xəstəliyindən əziyyət çəkir, maddi köməyə ehtiyacı var.

28, 11, 18
20:46

Gənc yazar vərəm xəstəliyindən əziyyət çəkir, maddi köməyə ehtiyacı var.


Azerbaycanrealligi.com xəbər verir ki, gənc yazar Elşad Barat ağır xəstəlikdən əziyyət çəkir. Bu haqda sosial şəbəkədə məlumatlar yayılıb. Paylaşımlardan məlum olur ki, yazarın sağlamlığında baş vermiş ciddi fəsadlarla mübarizəyə, xəstəliyinin müalicəsinə çox zəruri maddi yardima ehtiyacı var. Sözügedən paylaşımlardan birini oxucularımızın diqqətinə çatdırırıq:

Hörmətli dostlar, bir çox sosial paylaşımlarımızda vətəndaşlarmızın ağır sosial durumundan yazmışıq. Onların problemlərini ictimailəşdirib yaxşı nəticəsini də almışıq. Bizim bir-birimizə dəstəyimiz insani borcumuzdur. Bu gün neft ölkəsi olan Azərbaycan öz istedadlı gənc yazarına da sahib çıxa bilmir. Yazıçı Elşad Barat ağır vərəm xəstəliyindən əziyyət çəkir. 3 azyaşlı övladı olan Elşadın maddi və mənəvi cəhətdən bizim köməyimizə ehtiyacı var. Fiziki cəhətdən Elşadın ağır işdə işləyib öz hesabına müalicə olunması mümkün deyil. Elşad bəyin bir neçə dərmanları var ki, təcili alınmaldır, bu da özünün təbii ki, imkanları xaricindədir. İmkanlı yazarlardan, şairlərdən, millət vəkillərindən, bizneslə məşğul olan həmyerlilərimizdən, dindarlardan və s. ümumiyyətlə, xeyirsevən insanlardan Elşad bəyə dəstək olub kömək etməyinizi xahiş edirəm. Maddi imkanları məhdud olanlar isə bu postu ən azı bir dəfə paylaşaraq imkanlı və tanınmış şəxsləri mövcud problemlə tanış etməklə yardımçı ola bilərlər.

əlaqə nömrəsi telfon: (050) 4475248 Elşad

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın