Xocalı rayon sakini fəryad edir - VİDEO

15, 11, 18
09:51

Xocalı rayon sakini fəryad edir - VİDEO


Azerbaycanrealligi.com xəbər verir ki, Xocalı rayon sakini Səfər Cavadov onlara qarşı olunan haqsızlıq ilə bağlı video paylasıb. Vətəndaş qeyd edir ki,  onlarin Cəlilabad rayonunda  mağazalarından ogurluq olunub. Bu oğurluğu sübut edən fakt və dəlillərin olduğunu qeyd edib. Oğrular bir ailənin üzvləridir. Onlar zərər çəkən ailənin keçmiş qudalaridir. Oğrular oğurluğu necə etdiklərini  telefonda muzakirə edirler ve bu da səs yazısı formasında zərər çəkən ailənin əlinə keçib. OrtalIqda şahid ifadesi və fakt dəlil olmasına baxmayaraq, iki dəfə Cəlilabad rayon prokurorluğu, bir dəfə də Lənkəran rayon prokurorluğu cinayət işinin başlanmasını rədd edib. Vətəndaş iddia edir ki,  prokurorluq  rüşvət sövdələşməsi nəticəsində oğruları himayə edir və qeyd edir ki, Cəlilabadda işi ilkin araşdıran polisin səs yazısı da var. O, qeyd edir ki, oğrular ilkin ifadədə oğurluq etdiklərini səmimi etraf ediblər.

VİDEO



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın