İki ayağı olmayan İmişli sakini nazirdən imdad diləyir – Video

05, 11, 18
12:06

İki ayağı olmayan İmişli sakini nazirdən imdad diləyir – Video


İmişli Rayon Xubyarlı kənd sakini, 1-ci qrup əlil Cəfərov Faiq Xeyrulla oğlu əhalinin əmək və sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib.

Azerbaycanrealligi.com Avropa.info-ya isitnadən xəbər verir ki, 2016-cı ildə zəlzələ zamanı 1-ci qrup əlil Cəfərov Faiq Xeyrulla oğlunun İmişli Rayonu Xubyarlı kəndində yaşadığı evinə ciddi ziyan dəyib və ev uçma təhlükəsindədir. Hətta İmişli Rayon İcra hakimiyyəti nümayəndələri 2017-ci il aprelin 11-də evin yaşamağa yararsız olduğunu göstərən akt tərtib ediblər.

“Birinci qrup əliləm və iki ayağım yoxdur. Bu uçma təhlükəsi olan evdə iki körpə uşaqla yaşaya bilmirəm. Evin uçma təhlükəsi çox olduğundan gecələri qohum-qonşularda gecələyirik. İmişli icra hakimiyyətində fərdi evlərin tikintisi və təmir-bərpa işləri üçün vətəndaşlara tikinti materialları yardımı göstərilməsi üçün vəsait ayrılmadığından mənə köməklik göstərə bilmirlər.
Əlillik üzrə 204 manat pensiya alıram. Bundan başqa gəlirim yoxdur. İki azyaşlı övladım və bir tələbə qızım var. 204 manatla çatdırıb dolana bilmirik. Ünvanlı sosial yardım üçün müraciət etsəm də ala bilməmişəm. Mənim ayaqlarım yoxdur və nazir Sahil Babayevin qəbuluna gedə bilmirəm ki, dərdimi deyim. Xahiş edirəm bizə köməklik göstərilsin”, – deyə Faiq Cəfərov qeyd edib.

VİDEO



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın