İlahiyyatçı Rövşən Əhmədzadə yazır: EY HİCAB!

13, 10, 18
14:40

İlahiyyatçı Rövşən Əhmədzadə yazır: EY HİCAB!



Universitetimizin daxilindəki pilləkənin yanında duran və qışqıraraq söhbət edən tələbə qız hicabını (baş örtüyünü) açmaq istəyirdi. Hey qışqırır və bununla da baş örtüyünə nifrətini bildirirdi.

Yaxınlaşıb sözlərinə diqqət etdim. O belә deyirdi: 

“Mən "tam" azadlıq istəyirəm. Mən ürəyimin istədiyi hər bir şeyi etmək istəyirəm. Ürəyim istədiyi kimi yaşamaq istəyirəm. Ürəyim istəyən rəngli paltarı geymək istəyirəm. Ürəyim istəyir ki, bu dəqiqə hicabımı başımdan açım.”
Sözünü bitirən kimi birdən yaylığını dartıb başından çıxartdı və yerə atdı. Sonra yenə də qışqıra-qışqıra sözünə davam etdi: 
“Ürəyim istədiyi hər bir işi görmək istəyirəm. Bəsdirin daha! Boğaza yığılmışam. Nə üçün azad yaşamağıma imkan vermirsiz?”
Sözünü bitirib hönkür-hönkür ağlamağa başladı. Heç kim ona yaxınlaşmağa cürət etmirdi. Hətta onun tələbə rəfiqələri belə dayanıb ona baxır və

heç bir söz demək istəmirdilər.

Nəhayət yaxınlaşıb ona salam verdim. Başını aşağı dikib salamın cavabını almadı. Әyilib yerdən yaylığını qaldırdım və ona tərəf uzadıb dedim: 
“Әlbətdə ki, danışmaq üçün münasib vaxt deyil. Amma səndən bir neçə sual soruşmaq istəyirəm. Әgər verəcəyim suallar qeyri-məntiqi olsa, onda mən də elə burada bütün paltarlarımı soyunacağam.”
Bunu eşidən tələbə qız başını qaldırıb gözlərini bərəldərək təəccüblə mənə baxdı və soruşdu:
“Әgər paltarlarını soyunmasan, onda necə?” 
Cavabım belə oldu: “Onda hamının qarşısında üzümə tüpürərsən. Amma əvvəlcə gərək saçını örtəsən ki, səninlə rahat danışa bilim.”
O, sükutu ilә razılaşdı. 
Ona dedim: “Hər bir ölkənin özünəməxsus qanunları var. Düzdürmü? Bunu qəbul edirsənmi? 
O, yenə başını aşağı saldı və sakitcə cavab verdi: “Bəli, düzdür.”
Dedim: “Elə götürək, öz ölkəmiz olan İranı. Ölkəmizin hər yerində özünəməxsus qanunları mövcuddur. İstər fabrik, zavod, məktəb, universitet və s. yerlərin özünəməxsus qanunları vardır. Elə deyilmi?”
O bu dəfə daha da aramlıqla cavab verdi: “Bəli, elədir.”
Dedim: “Deməli, sən istər İran, istərsə də dünyanın hər yerində özünəməxsus qanunların olmasını təsdiq edirsən. Bir misal çəkmək istəyirəm: 
Әgər mən polis, yaxud həkim işləyirəmsə, onda gərək iş yerimdə qanuna əməl edib bu ixtisasıma məxsus olan paltarı geyinim. Yox əgər iş yerimdə öz istədiyim paltarı geyinmək istəyirəmsə, onda gərək iş yerimi tərk edim və çöldə ürəyim istəyən paltarı geyinim. Çünki sənin dediyinə əsasən hər bir məkanın özünəməxsus qanunları vardır. Buna görə də əgər bir xanım hicabını açmaq istəyirsə, onda gərək İranı tərk etsin. Çünki öz təsdiqinə əsasən başqa ölkələrin özünəməxsus qanunları olduğu kimi İranın da özünəməxsus qayda-qanunları olduğunu vurğuladın.”

O sakit dayanmışdı. Sözümə davam edib dedim: 

“Ey xanım, bizi yaradan Allah da dünyada olan qanunlara əsasən buyurur ki: “Әgər Mənim mülküm sayılmayan bir yer, səni görmədiyim bir gizli məkan və sənə əlim çatmadığım bir yer tapsan, onda ürəyin istədiyin işi gedib orda edə bilərsən. Amma nə qədər ki, Mənim hüzurumdasan və Mənim nəzarətim altında nəfəs alırsan, onda gərək Mənim sənə təyin etdiyim qanunlar əsasında yaşayasan. Hər yer Mənim nəzarətimdədir və hər yer Mənimdir. Әgər Mənim görmədiyim və eşitmədiyim bir yer tapıb bəndəçiliyimdən xaric olub oranı tərk etmək istəyirsənsə, onda hicabın qalsın qırağa, get birdəfəlik özünə od vur yandır! Amma nə qədər ki, Mənim bəndəmsən və Məni Yaradıcı olaraq qəbul edirsənsə, onda Mənim dediyim kimi ol!”
O xanım fikrə dalmışdı...Bir azdan heç bir söz demədən çıxıb getdi.
Sonralar mən o xanımı istər universitetdə, istərsə də şəhərdə, heç vaxt hicabsız görmədim. O, həmişə hicabını kamil bağlayırdı və rəftarında dəyişiklik açıq-aşkar hiss olunurdu.
Bir dəfə uzaqdan məni gördü və gülümsəyərək əli ilə yuxarı işarə etdi. Mən onun fikrini anladım.

Onun demәk istәdiyi bu ayә idi:

“ *Allah həmişə bizi görür”* (Әlәq surәsi, ayә 14)
Bədəninin müxtəlif yerlərini naməhrəmə nişan verən qadınlarla da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq bəzənib-düzənmək, özünü kiməsə göstərmək niyyəti olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşirlər. Ondan dünyaya gәlәn uşaqlar da nəzarətsiz qalar, avara adamlara qoşular, içki içәr, narkomanlıq edәrәk cəmiyyətimizi murdarlayarlar. Cəmiyyətimiz də bax beləcə pozular.
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq-saçıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmin ət parçası kimi çirkləndirib murdarlayır. Murdar ət parçasını isә heç kəs almaz, elə deyilmi?
Qadın incidir. İnci sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür.
Göz görməsə, könul də istəməz. Nə qədər az görsən, qəlbin də bir o qədər təmiz olar. Deməli, hicab - qəlblərində xəstəlik olanların şəhvətlərinin qarşısını alır.
Ey Hicab...!!! Adi bir parçasan, amma dünyanı lərzəyə gətirmisən. Yumşaq bir parçasan, lakin tikan olub kafirlərin və səni istəməyənlərin gözünə batmisan. Necə də böyük kəramətlər qoymuş Rəbbim Səndə!
Ey Hicab! Sən ismətsən, Sən iffətsən, Sən qeyrətsən, Sən təmizliksən, Sən təqvasan. Allah-təala Səni mömin kisilərin və möminə qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir. Sən, Quranın Nur və Əhzab surələrində vacib buyurulmusan. Səni qorumaq biz aşiqlərin borcudur. Sən, bizlərə Fatimeyi-Zəhranı, Zeynəbi-Kubranı (salamullahi ələyhima) xatırladırsan. Sən, qanlar bahasına qorunmusan. Səni qoruyanlar zindanda olsalar belə Səninlə fəxr edirlər və Səni qəlblərində, dillərində və əməllərində yaşadırlar. Qeyrətli mömin və möminələrin şüarı isə həmişə budur: 
Biz ölərik, əldən hicab vermərik...!!!
Allah millətimizə elm və hidayət nəsib etsin ki, məmləkətimizin bəzi qadınları çılpaqlaşıb həm özlərini, həm də digər imandan zəifləri arxalarınca Cəhənnəmə apara bilməsinlәr.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın