Bakıda növbəti "Qarabağ mitinqi"nin keçiriləcəyi tarix təyin olundu. - FOTOLAR

10, 10, 18
14:50

Bakıda növbəti "Qarabağ mitinqi"nin keçiriləcəyi tarix təyin olundu. - FOTOLAR



Azerbaycanrealligi.com xəbər verir ki, Bakıda növbəti dəfə "Qarabağ mitinqi" keçiriləcək. Bu haqda "Qarabağa azadlıq!" təşkilatının sədri Akiif Nağı öz facebook hesabında status paylaşıb. Sözü gedən statusu olduğu kimi təqdim edirik:

"Bu gün Qarabağ Komitəsinin iclasında növbəti Qarabağ mitinqi ilə bağlı müzakirələr keçirilib. Müzakirələrdə İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, İlqar Əli, Rəşid Nazim, Yusif Süleymanlı, Əlövsət Sadıqlı, Rövşən Məmmədli, Həsən Həsənov və digərləri çıxış edərək təkliflərini veriblər. Komitə üzvləri mitinqlərin davamlı olmasının vacibliyini qeyd edib və növbəti mitinqin 24 noyabr 2018-ci il tarixə təyin olunması ilə bağlı qərar qəbul ediblər. Mitinqlə bağlı gələn həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. İclasda təşkilati məsələlərə də baxılıb, Sahib Kərimli və Səxavət Nəsibov Komitəyə yeni üzv seçiliblər. Sonra partiyalara edilmiş müraciətin nəticələri, Komitənin yerlərdə işinin təşkili və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul olunub.

Qarabağ Komitəsi Mətbuat Xidməti. 10 oktyabr 2018."













Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın