Fəxriyyə Eyyubzadə yazır: Ramiz Zeynalovla Hüseyn Bağırovun prezidentsayağı mühafizəsi

22, 09, 18
15:51

Fəxriyyə Eyyubzadə yazır: Ramiz Zeynalovla Hüseyn Bağırovun prezidentsayağı mühafizəsi



Bütün dünyada ölkə başçılarının təhlükəsizliklərinin təmin edilməsi üçün çox ciddi hazırlıqlar görülür. Bu hazırlıq proseslərinin necə təşkil olunmasında başda DTX, DİN olmaqla yol polisi, və digər qurumlar birbaşa iştirak edir və çox ciddi məsuliyyət daşıyırlar.

 Hətta ölkə prezidentlərinin təhlükəsizliyini və mühafizə olunmaqlarının reytinq cədvəlini çıxaran təşkilatlar da var. Həmin təşkilatların tərtib etdiyi siyahıda  Tramp, Putin, Netanyahu, Kim Çen Inn və Ərdoğan kimi ölkə başçılarının mühafizə xidmətləri liderdir. Azərbaycanda da prezidentin qorunması heç də digər dövlət rəhbərlərinin qorunmasından geri qalmır. Hətta Azərbaycanda da Rusiyada olduğu kimi prezident keçərkən yollar təmamilə bağlanır, maşın və insanların hərəkətləri məhdudlaşdırılır.

Bir vətəndaş olaraq isə biz bu prosesi normal qəbul edirik. Çünki prezidentin həyatının ölkənin və dövlətin həyatı olduğunu anlayırıq. Bir vətəndaş olaraq anlamadığım isə digər dövlət idarə rəhbərlərinin Azərbaycanda prezidentin qorunma sistemi ilə cüzi fərqlənən sistem ilə hərəkət etmələridir. Bəs buna nə ehtiyac var? və ya nəyə görə o rəhbərlər prezidentsayağı hərəkət edirlər?

Bu düşüncəmin haradan qaynaqlandığını deyim. Bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyində idim. Giriş qapısına təzəcə daxil olmuşdum. Lazım olan adamın yanına çıxmaq üçün icazə kartını gözləyirdim. Elə bu vaxt dedilər ki, cənab nazir gəlir. Hamı təşvişə düşdü. Məni mühafizə otağına saldılar və nazirliyin demək olar ki, nə qədər vacib adamları vardısa, hamısı qapıya qaçıb nazir Hüseynqulu Bağırovu qarşılamağa çıxmışdılar.

Heyrət içində oranı tərk etdim. Səbəbini soruşmadım. Çünki bilirdim. Hüseynqulu bəy nazir idi. NAZİR. Azərbaycanda isə nazir vəzifəsinin hansı qüvvəyə sahib olduğunu hər kəs yaxşı bilir. Belə bir hadisə ilə  bu yaxınlarda Bakı Dövlət Yol polisi idarəsində qarşılaşdım. Belə ki, idarənin rəhbəri polis, general – mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu iş vaxtını yekunlaşdırıb, çıxırdı. Saat 5-də işdən çıxmaq hansı nizamnamədədir, onu  bilmirəm. Bir sənəddən ötrü idarədə idim. Çaxnaşma başladı, məsul işçilər həyəcanlı halda pilləkənə doğru qaçır və "çest" vermək üçün sıraya düzülürlər. Sanki  bu sıra onların alın yazısıymış kimi. Nəysə sənəd məsələmi həll edib çıxandan sonra məni həyətdə gözləyən həyat yoldaşımı tapmadım. İdarəyə telefonla daxil olmaz deyə telefonu da yoldaşıma vermişdim və onu tapmaqda çətinlik çəkdim. Onun idarənin həyətində olmadığına əmin olub, idarədən çıxdım və gördüm ki, əziz yoldaş bayırdadır. Səbəb soruşanda isə "komandir gəlir buranı tək edin" deyib bizi bayıra çıxardılar deyə səni burada gözləyirəm dedi.

Hər kəsin özünü prezidentsayağı apardığı ölkənin vətəndaşıyıq axı. Nə etmək olar? Bu gününmüzə də çox ŞÜKÜR.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın