Merkel Bakıda - Əliyevlə görüşdü+Fotolar

25, 08, 18
16:33

Merkel Bakıda - Əliyevlə görüşdü+Fotolar

Merkel Bakıda

Almaniya Kansleri Angela Merkel bu gün Azərbaycana səfərə gəlib.

Azerbaycanrealligi.com "Qafqazinfo"-ya isitnadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Almaniyanın Kansleri Angela Merkeli hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
Prezident İlham Əliyev kansler Angela Merkeli qarşılayıb.
***
Rəsmi qarşılanma mərasimi başa çatandan sonra prezident İlham Əliyevin və Almaniya kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Prezident və kansler görüşdə çıxış ediblər. 











Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın