Bir zamanların məşhur İH başçısı Aslan Aslanov vəfat etdi

23, 08, 18
21:04

Bir zamanların məşhur İH başçısı Aslan Aslanov vəfat etdi

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş nazir müavini Aslan Aslanov vəfat edib.
 "AzPolitika.info”nun xəbər verir ki, sabiq başçı bu gecə vəfat edib, hazırda Şəmkirdə dəfninə hazırlıq gedir. "Bir saata nəəşi Şəmkirə gətiriləcək”.
A.Aslanovun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
 A.Aslanov uzun illər Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatə nazirinin müavini vəzifəsində çalışıb.
YAP Siyasi Şurasının üzvü idi.
Qeyd edək ki, A.Aslanovu məşhurlaşdıran hadisələrdən biri də onun gənc oğlunun namus üstündə qətlə yetirilməsi idi. Sonradan Aslan Aslanov qətli törətməkdə şübhəli bilinən şəxslərin hər ikisinin ağır şəkildə cəzalandırılmasına nail olmuş, onların ailəsini sona qədər təqib etmiş, incitmiş, qisas almışdı.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın