Aman Allah, onlar nə qədərdir?

11, 08, 18
22:18

Aman Allah, onlar nə qədərdir?


Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi priton təşkil edərək insan alveri (trafikinq) ilə məşğul olan qadının barəsində axtarış elan edib.
Qurumun məlumatında deyilir ki, Sumqayıt sakini Günay Rasim qızı Seyfullayeva (1986-cı ildə anadan olub) CM-in “insan alveri” maddəsilə ittiham olunur. Onun barəsində axtarış tədbirləri həyata keçirilir.
Polis Bakı sakini Əmani Əhmədovanı (1975-ci ildə anadan olub) analoji ittiham ilə 9 il axtarıb və bu ilin aprelində saxlayıb. 2007-2009-cu illərdə o, azərbaycanlı qızları Dubaya otel və bordellərə apararaq fahişəliyə cəlb edirmiş. O zaman şikayətlərin əsasında ona qarşı cinayət işi qaldırılmışdı. Onun işinin spesifikasını (qadınları cəlbetmə, müşayiət etmə və təyinat yerinə göndərmə) nəzərə alaraq bu müddətdə hüquq-mühafizə orqanlarından necə gizləndiyi müəmmalı qalır. Bu yaxınlarda Nərimanov Rayon Məhkəməsi onun işində yaranmış əlavə durumla əlaqədar həbs müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edib.
İyulun sonlarında Türkiyədən Bakıya 14 azərbaycanlı qadın deportasiya edilib. Qars Şəhər Polis İdarəsinin Əxlaq Bürosu Karadağ məhəlləsindəki gecə klublarının birində əməliyyat keçirib. Yerli KİV-in məlumatına görə, əməliyyat zamanı iş üçün icazəsi olmayan 31 qadın saxlanılıb. Onların arasında 14 nəfər Azərbaycan vətəndaşı, 4-Rusiya, 2 – Gürcüstan, 7 – Ermənistan, 3 – Özbəkistan və 1-Moldova olub. Protokollar tərtib edildikdən sonra qadınlar ölkədən deportasiya olunublar.
Bu arada Bakı Ağır Cinayətlər Məhkəməsində 35 yaşlı Rühəngiz Rəsulovanın işi üzrə proses davam edir. O, Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şanlıurfa şəhərindəki gizli əxlaqsızlıq yuvalarında qadınların seksual istismarına bağlılıqda ittitham olunur. Kriminal biznesin qurbanları Xatirə Abdullayeva, Nərgiz İmanova və Aliyə İbadova öz ifadələrində “mama Roza”nın toruna necə düşdüklərini anladıblar.
Polis məlumatlarında və informasiya saytlarında Bakıda gizli fahişəxanalarda “canlı mal” alverinə dair onlarla fakt tapmaq olar.
Rəsmi məlumata görə, 2015-ci ildə trafikinqlə bağlı 128 cinayət qeydə alınıb. 2016-cı ildə insan alverinə dair 160 fakt qeydə alınıb. Son 12 ildə ölkədə insan alverilə bağlı 1078 fakt aşkar edilib. 761 nəfər insan alveri qurbanı müəyyən edilib. 100-dən çox cinayətkar qruplaşma cinayət məsuliyyətinə cəlb edilib.
Rəsmi statistika bu cür cinayətlərin sayının artdığını göstərir. Lakin QHT ekspertəri qeyd edirlər ki, sözügedən rəsmi hesabatlardakı məlumatlar ölkədə insan alverilə bağlı real vəziyyəti əks etdirmir. Xaricə “canlı mal” göndərənlər polisin əlinə keçir, onların barəsində şikayətlər daxil olur, ancaq hər zaman deyil. Çünki bu işlə məşğul olan bəzi qadınlar Türkiyənin şəhərlərinə hansı məqsədlə getdiklərini bilir, bəziləri qayıtdıqdan sonra susmağa üstünlük verir.
Bu gün Bakıda elə mənzillər və onlarla masaj salonu var ki, müştərilərə intim xidmətlər göstərirlər. Yerli mətbuat yazır ki, ərəblərin Azərbaycana turizm səfərləri spesifik çalar alır. Onların əksəriyyətini seksual əyləncələr maraqlandırır. Avqustun 7-də paytaxtın Caspian Business otelində İraqdan olan turist Əmmar Əli Abed Əl Juvor vəfat edib. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq, o, ürək çatışmazlığından ölüb. Məlum olub ki, o, potensiyanı artırmaq üçün tez-tez həb qəbul edirmiş və dərmanları energetik içkilərlə qəbul edirmiş.
Ancaq Bakıdakı əxlaqsızlıq yuvaları, gecə klubları da qızları bizim regionlardan cəlb edir. Bu da insan alveridir, ancaq digər miqyasda.
Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bildirib ki, sosial problemlər, işsizlik, aşağı əməkhaqqı trafikinqin artmasına səbəb olur.
Kimsə Bakıda qazanır, turstlərə xidmət göstərir, kimisə böyük gəlirlər cəlb edir və Türkiyədəki fahişəxanalara üz tutur. Türkiyədə fahişəlik leqallaşdırılıb. Qanunvericiliyə görə, fahişəliklə məşğul olmaq istəyən hər qadın qerdiyyatdan keçməli və səhhətilə bağlı bilgilərin olduğu identifikasiya kartı almalıdır. Lakin çoxları bu cür qazancı dövlətdən gizlədir.
“Bu, sözsüz ki, mütəşəkkil cinayət növüdür. Burada təkbaşına biznes qura bilməzsən. Bütöv bir zəncir fəaliyyət göstərir: “Canlı mal”ı cəlb edənlər, onu yerində qəbul edənlər, işəgötürənlər və s. Əgər bir şəxs daim məlum istiqamətə gedib-geri qayıtmaqla aeroportun sərhəd məntəqəsində “görünürsə” bu, onun barəsində müəyyən fikir yaradır, diqqəti bu fiqur, onun fəaliyyəti cəlb edir. Ancaq nədənsə o, hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmür. Bəlkə kimlərsə qadınları Dubaya, İstanbula əxlaqsızlıq yuvalarına göndərən sutenyorlara “havadarlıq edir?”, – E.Zeynalov sual edir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın