ŞOK OLAY: "320 min manatlıq avtomobilin üstündən keçərəm" dedi və etdi - FOTOLAR

19, 04, 23
10:00

ŞOK OLAY: "320 min manatlıq avtomobilin üstündən keçərəm" dedi və etdi - FOTOLAR


Bir neçə gün öncə kütləvi imformasiya vasitələri xəbər vermişdi ki, Kürdəmir rayon sakini Araz Ağalarov DİN rəhbərliyi və güc strukturlarına müraciət edərək bildirib ki, Dilsuz Məmmədov adlı vətəndaş şəxsi əlaqələri hesabına onu həbs etdirmək istəyir. DİN mətbuat xidmətindən də vətəndaşın müraciəti üzrə araşdırma başlanıldığı bildirilmişdi. 

Dilsuz Məmmədov "Azərbaycan Reallığı" ilə əlaqə saxlayıb açıqlama vermək istədiyini bildirdi. O, bildirdi ki, ümumiyyətlə Araz Ağalarovun məlum müraciəti qanuna, qaydalara, konstitusiyaya ziddir. Əgər o hüquqa zidd əməl törətməyibsə başqa bir vətəndaş öz şəxsi münasibətləri hesabına onu necə həbs etdirə bilər?!

Məsələnin mahiyyətinə gəldikdə isə Dilsuz Məmmədov bildirdi ki, bir ortaq tanışları vasitəsilə Araz Ağalarovla tanış olub. Araz xaricdən avtomobil gətizdirib onun satışı ilə məşğul olurmuş. Zaman keçdikcə aralarında şəxsi münasibətlər yaranıb. Araz hətta Dilsuzdan 6000 dollar borc da götürüb. Bir gün Araz Dilsuzla əlaqə saxlayaraq bildirib ki, xarici satış saytlarında çox münasib qiymətə 2016-cı il istehsalı Mercedes GL markalı avtomobil görüb və onu almaq istəyir.

Həmin avtomobili gətizdirmək üçün də Araza 12000 dollar pul ödəyib. Lakin aradan uzun müddət keçsə də onun aldığı avtomobil ölkəyə gəlib çıxmayıb. Araz burada da hər dəfə bir bəhanə gətirirmiş. Dilsuz Məmmədov isə internet vasitəsilə öyrənir ki, həmin avtomobil başqa ölkəyə satılıb.

Sən demə Araz avyomobili almaq üçün Dilsuzdan 12.000 dollar alsa da ümumiyyətlə avtomobil almayıbmış. Əlbəəl aldığı borca qaldıqda isə, bir müddət sonra Araz borc götürdüyü 6000 dolların 3000 dollarını qaytarıb. Lakin aradan uzun müddət keçsə də qalan 3000 dolları qaytarmayıb.

Araz buna görə də hər dəfə bir bəhanə gətirirmiş. Nəhayət 16 dekabr tarixində Araz zəng edib verdiyi borcu geri istəyən Dilsuza bildirir ki, “məni əsəbləşdirmə, avtomobillə sənin üstündən keçərəm. Mən hal-hazırda filan restorandayam. Dur gəl bura məsələni həll edək. Əgər gəlməsən ən pis söyüşlərə layiqsən.

Mən də avtomobillə sənin üstündən keçməsəm ən pis söyüşlərə layiqəm”. Belə ağır söyüşləri şəxsiyyət olaraq özünə sığışdırmayan Dilsuz Məmmədov 0 km yürüşlə “Bakı Porche mərkəzi”ndən 180 min dollara aldığı, hadisə baş verən gün cəmi 10.000 km yürüşü olan, 2021-ci il istehsalı Porche Cayenne Coupe GTS markalı avtomobili ilə Arazın çağırdığı ünvana gedir.

Restoranın çölündə görüşürlər və aralarında insident yaranır. Bu zaman hadisə yerinə onları tanış edən ortaq tanışları gəlir və Arazın içkili olduğu üçün əlavə xoşagəlməz hadisə yaranmasın deyə Dilsuzu oradan uzaqlaşdırır. Arazın dostları Arazın içkili olduğu üçün onun avtomobilinin açarını gizlədirlər ki, hadisə böyüməsin, növbəti günlərin birində məsələ ayıq başla öz həllini tapsın.

Dilsuz və ortaq tanışları isə Dilsuzun avtomobilinə oturaraq görüş yerini tərk edirlər. Lakin öz aləmində dediyi “maşınla üstündən keçərəm” kəlməsini icra etmək istəyən Araz sonradan avtomobilinin sükanı arxasına əyləşərək onları təqib etməyə başlayıb və qarşıdakı svetoforda dayanmış Dilsuzun avtomobilini öz Mercedes GL markalı avtomobili ilə vurub. Zərbə o qədər güclü olur ki, dayanmış avtomobil gedib svetofora çırpılır.

Nədənsə 0 km yürüşlə alınan Porche markalı avtomobildə heç bir təhlükəsizlik şarı açılmır və Dilsuz Məmmədov hadisə nəticəsində xəsarət alır. Hadisə ilə əlaqədar olaraq cinayət işi açılıb, isintaq davam edir. Dövlət ekspertiza tərəfindən də bazar qiyməti 310-320 min manat olan avtomobilə 200 min manat məbləğində maddi zərər dəydiyi təyin olunub.  

Dilsuz Məmmədov bildirir ki, o tam ümid edir və inanır ki, müvafiq orqanlar hadisəyə qanunlar çırçivəsində hüquqi qiymət verəcək və təqsirli tərəf layiqli cəzasını alacaq.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın