*9111 və *8111 taksi şirkətinin saytımıza məktubu və bizim cavab

18, 08, 18
15:34

*9111 və *8111 taksi şirkətinin saytımıza məktubu və bizim cavab


APOGEY-7' MMC-dən saytmıza daxil olan xoxgəlici məktubu olduğu kimi çap etdik. Ancaq təəssüflə bildiririk ki, şirkət yazılanlardan və deyilənlərdən düzəməlli nəticə çıxartmayıb. Saman çöpündən yapışıb tir kimi dəlillərin suda qərq edilməsi xəyalına düşüb.
Şirkət iddia edir ki, onların sürücülərə təqdim etdiyi sistem şirkətin özü tərəfindən qurulmuş naviqasiya sistemi deyil, "GOOGLE MAPS" naviqasiya sistemidir ki, şirkət həmin naviqasiya sistemində yol verilən səhv və yayanlışlıqlara görə heç bir məsuliyyət daşımır. 
Burası lap ağ oldu, deyilmi? Əvvala, saytlara etdiyi əvvəl ki, müraciətlərində şirkət belə bir halın olmasını tamamilə danıb batırırdı. indi bizə göndərdiyi məktubda isə etiraf edir ki. belə bir hal var.

Deməli, şirkətin qeyd edilən naviqasiya sistemində Azərbaycanın küçə adlarının ermənicə yazılıb, ermənicə adlandırılmasından xəbri olsa da. bu barədə tədbir görmək istəməyib. Heç indi də tədbir görüb- görməməsi barədə bizə ünvanlanan məktubunda bunu qeyd etməyib.
Nədən? Ola bisin ki, Azərbaycanın naviqasiya sistemi Şirkətin hazırda istifadə etdiyi antiAzərbaycan məlumatlı naviqasiya sistemindən bir az baha  Bəlkə də, başqa səbəbdəbdir. Bu hələ də bizə aydın deyil. Aydın olan budur ki. belə bir hal var. Və Azərbaycan dövlətinin ərazisində fəaliyyət göstərən bütün yerli və beynəlxalq şirkətlərin bu sistemdən istifadə etməsi əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır. Azərbaycanın çörəyini yeyib ona arxadan belə zərbələrvurmaq 
nə yerli. nə də beynəlxalq əxlaqa, mənəviyyata. hüquqa sığışır.


Bir daha vurğulayırıq ki, saytımızın oxuculara təqdim etdiyi məqalədə göstərilən *9111 və *8111 taksi şirkətinin istifadəsində olan naviqator məlumatlarına etiraz etməsinə baxmayaraq onu hələ də istifadə etdiyini açıqlamışıq və şirkətə fikrimizi çatdırmışıq. Media orqanı kimi Vətənimizin ərazisində tamamilə yalan erməni yer adlarına etiraz edirik. Əgər həqiqətən də, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin dediyi kimi şirkətdən verilən cavaba əsasən“Google Maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərirsə, bəs niyə “APOGEY-7” MMC şirkəti həmin məlumatların doğruluğunu təmin edən addımlar atmayır və ərazimizdəki həqiqi toponimik adları işləyib “Google Maps” sisteminə yerləşdirmədən həmin sistemdən istifadə edir. Əlbəttə, anlayırıq ki, bu işlər sistematik və böyük əmək sərf edən fəaliyyətdir. Amma nəticə olaraq, həmin sistem Azərbaycanda istifadə edilirsə, buna məhz Azərbaycanda ondan istifadə imkanları olan şirkətlər həssas yanaşmalıdırlar. “APOGEY-7” MMC şirkətinin rəhbərliyinə bildiririk ki, verdiyiniz məlumatlar çox dəyərlidir və bunları oxucular arasında yayınlamağı vacib hesab edirik. Amma cəmiyyətdə və real həyatda qarşılaşdığımız neqativ və təxribat xarakterli məsələləri işıqlandırmaq da media orqanı olaraq bizim borcumuzdur. Belə hallara reaksiya vermək vəzifəmizin əsas amalıdır və buna görə də, məqalənin silinməsini Azərbaycançılıq ideologiyasına müvafiq olmadığını bildirib məqsədəuyğun hal hesab etmirik. “APOGEY-7” MMC şirkətinin Azerbaycanrealligi.com saytında və Azərbaycan Reallığı facebook səhifəsində dərc olunmuş “Bakıda fəaliyyət göstərən ermənipərəst *9111/*8111 taksi şirkəti kimindir” başlıqlı məqaləsinə münasibətini təqdim edirik.

*9111\*8111 taksi şirkətinin saytmıza göndərdiyi məktub

Bizimlə əlaqə saxlayın