Şəhid ailələri və qazilər üçün “Zəfər salnaməsi” tədbiri keçirilib - VİDEO

25, 11, 21
19:50

Şəhid ailələri və qazilər üçün “Zəfər salnaməsi” tədbiri keçirilib - VİDEO


Xudafərin şadlıq sarayında təşkilatçı Ramilə Sultanın təşəbbüsü ilə Şəhid ailələri və qazilər üçün qələbənin bir illiyinə həsr edilmiş “Zəfər salnaməsi” adlı təd tədbir keçirilib.

Azerses TV xəbər verir ki, təbdirdə Misirin, Səudiyə Ərəbistanin,Ruminyanın səfir və konsullar, müxtəlif dövlət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, incəsənət adamları v.s. iştirak ediblər. Öncə şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər kəsin maraqla izlədiyi tədbirdə Vətən müharibəsinə aid müxtəlif şeirlər, musiqi nümunələri ifa edilib.

Ramilə Sultan tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb.

Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
Rəsmi qonaqlar hər zaman Azərbaycanı dəstəklədiklərini, və daim şəhid ailələrinin və qazilərimizin yaninda olduqlarını bildiriblər.

MİLLA şirkəti, İydə parfum, Propolis bal şirkəti, Ag çiçəyim gül mağazası, Aycan Parfum,Fantaziya 1 şirkəti ,və xüsusi olaraq Xudafərin şadlıq sarayının rəhbəri Siyavuş Yusifov və təşkilatçı Ramila Sultan tərəfindən şəhid ailələrini və qazilərimizi hədiyyə və diplomlarla təltif ediblər.

Ramilə Sultan Azerses TV-ə verdiyi açıqlamasında bildirib sitat ” Şəhid qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaq hamımızın borcudur. dəvətimi qəbul edib gələnlərə təşəkkürümü bildirirəm. Xüsusi ilə sponsorlara, Xudafərin şadlıq sarayının rəhbəri Siyavuş müəllimə təşəkkür edirəm ki,mənə böyük dəstək oldular”.sitatın sonu.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın