Əməkdar müəllim vətəndaş qəbulu zamanı vəfat edib - RƏSMİ AÇIQLAMA!

19, 01, 23
09:00

Əməkdar müəllim vətəndaş qəbulu zamanı vəfat edib - RƏSMİ AÇIQLAMA!


"Azərbaycan Reallığı" İnformasıya agentliyində 18.01.2023-cu il tarixində dərc olunan "Əməkdar müəllim Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev mübahisə zamanı vəfat edib." başlıqlı yazı dərc edilmişdir.

Sözü gedən yazı ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva saytımızla əlaqə saxlayaraq bildirir ki, 18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişibdir. 

Qeyd edək ki, Elçin müəllim Tovuz rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində çalışıb. Dekabrın 30-da onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün əmək fəaliyyətinə xitam verilib. 

Uzun illər Tovuz təhsilinə xidmət etmiş Abdıyev Elçin Nadir oğlunun yaxınlarına baş sağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.

Əlavə olaraq bildirib ki, Elçin Abdıyev işdən qovulmayıb, onunla bağlanmış müddətli əmək müqaviləsinə dekabrın 30-da xitam verilib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın