Masazırda 3 saylı orta məktəbdə "RÜŞVƏT SEZONU" Direktor 50 manatdan şıdırğı pul yığır - SƏS YAZISI

Təhsil / Manşet
 28-11-2022, 14:00     1 840


Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də, Direktor 50 manatdan şıdırğı pul yığır

Redaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.

"Azərbaycan Reallığı"
na Etibarlı mənbə bildirir ki, “Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Kitabxana müdiri Vəfa xanım kitabları pulla satır. Deyir “mən yetim uşaq böyüdürəm, əcəb eyləyirəm”. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 (bir yüz) manat verməlidir.

Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Heç nədən utanmadan, cəkinmədən məktəbi bazara döndərib. Kitabxanaçıya, laboranta, bir necə texniki işcilərə də sinif rəhbərliyi verilib, müəllimlərin adına yazılır. Qeyri-qanuni pulları Fəxrənisə yıgır, imtiyazları, vəzifələri paylayır. Bütün dərslər pulla satılıb.

Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib. Hələ də işi məhkəmədə olan direktor müavini var. Bəzi texniki işcilər evdə oturub, maaş kartları Xəyalə xanımdadır.

Nəzarətsiz məktəb kimi ətrafda Masazır 3 nömrəli məktəbin reytinqi çox aşagı düşüb. Direktor yalnız direktor müavinləri ilə kabinetində cay icməklə məşguldur. 15 sentyabrda nazirin əmri ilə “Əlifba bayramı” tədbirləri yasaqlansa da, bu məktəbdə birinci siniflərin sinif rəhbərlərinə süfrə açdırıb yeyib — içiblər, direktor başda olmaqla. Heç şəhidlərimizin ruhundan utanmayıblar, bütöv Azərbaycan ağlayır, bunlar isə məktəbdə qonaqlıq edir, tort yeyirlər”.

Redaksiyamıza həmçinin direktor müavini Fəxrənsə Əhmədovanın direktorun müəllimlərdən 50 manat pul tələbini çatdırdığı vatsap səs yazısı da təqdim olunub.

SƏS YAZISIN TƏQDİM EDİRİK 



"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır... 

AZƏRBAYCANREALLIĞI.COM