ADAU-ya hələ də Cəfərov NƏZARƏT EDİR - Kadrları iş başındadırsa

Təhsil / Manşet
 19-10-2022, 12:00     524


"Azərbaycan Dövlət Aqrar Universitetinin yeni təyin olunmuş rektor əvəzi Zəfər Qurbanov fəaliyyətə başladığı gündən bir sıra mütərəqqi islahatlara start vermişdir. Belə ki, sabiq rektor İbrahim Cəfərovun neqativ əməllərinə şərik olanların çoxu, o cümlədən, Universitetin Kadrla şöbəsinin müdiri, tədris işləri üzrə prorektor işdən azad edilmişlər". "Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur.

Müraciət müəllifləri daha sonra yazır: "Lakin ADAU -nun professor və müəllim heyətinin bəzi gözləntiləri hələ ki, özünü doğrultmayıb. Sabiq rektorun işbaz ortaqları olan bəzi kadrlar vəzifədə qalmaqdadırlar ki, bu da kollektivdə narazılıq doğurur.

Universitetin tərəqqipərvər işçiləri İbrahim Cəfərovun əməllərinə şərik olan həmin kadrların da yaxın bir zamanda Zəfər Qurbanov tərəfindən işdən kənarlaşdırlacaqlarına ümid edirlər.

Özü də Zəfər müəllim bu qərarı verməkdə tərəddüd etməməli, gecikməməlidir. Nə qədər ki, onların havadarları qabaqlayıcı tədbirlər görməyiblər…"

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq


AZƏRBAYCANREALLIĞI.COM