Təhsildə keyfiyyət sektorunun “ keyfiyyətsiz” müdirinin İmişli rayon təhsil ictimaiyəti ilə qalmaqallı görüşü

Təhsil / Manşet
 8-09-2022, 15:00     753


Ölkəmizdə son vaxtlar bütün sahələrdə aparılan islahatlar təqdirəlayiqdir.

Belə ki, Regional Təhsil İdarələrinin yaradılması bütün təhsil ictimaəti tərəfindən böyük ümid hissi ilə qarşılandı.


Respublikanın bəzi regionlarında hətta gözlənilən uğurlu kadr siyasəti aparılaraq bu istiqaməti çox az bir  müddətdə böyük nailiyyətlər belə əldə edildi. Lakin, təəssüf hissi ilə qeyd edək ki, Sabirabad, Saatlı,İmişli və Beyləqan rayonlarının daxil  olduğu Mil-Muğan Regional Təhsil İdarəsində aparılan bərbad kadr seçimi yaranmış ümidləri bir andaca məhv etdi. Təhsildə keyfiyyət sektoruna müdir təyin edilmiş Mahir Zahidovun az bir müddətdə sərgilədiyi “vəzifədən sui-istifadə performans”ı sözü gedən Regional Təhsil İdarəsinin “Acı sonu”nun gətirəcəyindən heç şübhəniz olmasın.

İdarənin bir qrup məsul əməkaşının  rayonumuzun təhsil ictimayəti ilə keçirdiyi görüşdə biabırçı,çox acınacaqlı bir qalmaqal yaşandı.

Mövcud problemlərin müzakirəsi əsnasında Mahir Zahidov rayonumuzun bir çox  məktəb direktorlarını (onların arasında çoxluğu qadınlar təşkil edir) qaldıraraq tətbir iştirakçılarının gözü  qarşısında ayaq üstə saxlayaraq tutduğu vəzifəyə, təmsil etdiyi Mil-Muğan Regional Təhsil İdarəsinin nüfuzuna yaraşmayacaq şəkildə körpə uşaq kimi danlayaraq təhqiramiz sözlərlə onları hər kəsin içərisində xar etdi.

Gör nə qədər  harınlamış olasan ki, illərin direktorlarınlı durğuzub “Sən kimsən”,”Səni qapı ağzında qoyaram”,”Səni qovaram” kimi ifadələrlə şıxış edəsən. Əlbəttə bütün bunları özünə,şəxsiyyətinə hörmət edən insanlar tərəfindən ikrah hissi ilə qarşıılanacağını və ona “baha başa gələcəyini” Təhsildə keyfiyyət sektorunun keyfiyyətsiz müdiri gözə almadı.Onlar elə iclas zalındaca  tribunadan bunları asıb-kəsən Mahir Zahidova qarşı yürüyərək onu yaxşıca qorxuzuraq həddini və yerini bildirməyə nail oldular.Vəziyyətin belə məcraya yönəldiyini görən Regional Təhsil İdarəsinin digər məsul şəxsləri, eləcə də İmişli rayon sektor müdiri  Vahid müəllim sözügedən direktorları sakitləşdirərək Mahir Zahidov adından onlardan üzr belə istədilər.

Ay Mahir müəllim,sən gəl qurban ol bizim çox hörmətli Vahid müəllimə ki,o cür təhqirdən,nalayiq hərəkətdən sonra o kürəyini qarşında sipər etdi. Özünə hörmət edən hər bir  vətəndaş sənin kimi az bir müddətdə harınlamış  vəzifə sahibinin  o cür  insanlığa sığmayan,bədnam hərəkətinin qarşısında  gərək ki,səni elə oradaca sürüyüb o iclas zalından birbaş bayıra atardı.Şəxsiyyətdən,mənəviyyatdan,etikadan ,tərbiyədən xəbəri olmayan birinin az bir müddətdə müəmmalı şəkildə gəlib o  posta necə çıxması hamımızın beynində çoxsaylı suallar yaradır.Hörmətli oxucu!  Davranışını,rəftarını bilməyən birini hansı üstün kriteriyalarına görə beıə bir vəzifəyə gətirildiyini öyrənmək sizə də maraqlı gəlmədimi? Biz İmişli rayon ziyalıları olaraq bu “qəhrəmanı”mızı qısa müddətdə araşdırdıq və çox dəhşətli faktaların ortaya çıxmasına şahid olduq.

Milli-mənəvi dəyərlərə,çalışdığı kollektivə zərrə qədər də hörmət qoymayan, yolverilməz qeyri-etik davranışlarına görə  daim ictimai qınağa məruz qalan bu şəxsin vəzifəyə gətirilməsinə nə üçün məsul şəxslər göz yumub?Dövlətin vəzifəyə layiq bildiyi vətəndaşı gərəkki,bütünlüklə dövlətinin layiqli vətəndaşı ola.Çürük xislətli birinin bu dövlətin təhsilinə kimi xoş töhvəlləri ola bilər?

Ən dəhşətlisi də odur ki,aldığımız məlumata görə Mahir Zahidovu bu vəzifəyə layiq görənlər,etimad göstərənlər yuxarıda sadaladığım və bəzi səbəblərdən hələki açıqlamadığım gerçəkləri bilərək,göz yumaraq onu buralara gətirib çıxardıblar.Görəsən səbəb nədir?! Mil-Muğan Regiional  Təhsil İdarəsi öz işini hansı prinsiplər əsasında qurmaq istəyir?!

AZƏRBAYCANREALLIĞI.COM