Daha bir saxta diplomlu məmur - CİDDİ POST TUTUR

28, 08, 22
13:00

Daha bir saxta diplomlu məmur - CİDDİ POST TUTUR


"Azərbaycan Reallığı" xəbər verir ki, belə məmurlardan biri də hazırda Gəncədə ciddi vəzifə daşıyır. Bu barədə redaksiyamıza rayondan informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəisi vəzifəsini tutan Şöhrəddin Verdiyevin diplomu saxtadır.

Qeyd edək ki, Şöhrəddin Verdiyev bu vəzifəyə 2019-cu ildə təyin olunub və bu işdə Gəncənin RİH rəhbəri Niyazi Bayramovun iştirak payınının yetərincə olduğu da deyilir. Mənbənin söylədikləri:

"Elə buna görədir ki, bu gün Şöhrəddin Verdiyev saxta diplomla ciddi postu tutur. Əgər müvafiq dövlət qurumları bu faktı araşdırsalar, əmin ola bilərlər..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq.(DİA.AZ) 


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın