Cəlilabadda məktəbin ərazisini ZƏBT EDİRLƏR - NAZİRİN NƏZƏRİNƏ

Təhsil / Manşet
 23-06-2022, 12:00     598


"Azəbaycan Reallığı" xəbər verir ki, Azerinfo.az xəbər informasiya agentliyinə etibarlı mənbədən daxil olan məlumata görə, Cəlilabad rayonun Göytəpə şəhərində Xuraman adlı sahibkar bir xanım V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbə gedən yolun 100 m²-a yaxın sahəsini zəbt edib .

Sözügedən məsələ ilə bağlı bir neçə ay öncə qarşı tərəfin mövqeyin öyrənmək üçün Xuraman xanımla əlaqə saxladıq. O isə bizə bildirdi ki, mənim sözügedən əraziyə qanuni əmlakdan çıxarışım (kupçam) var.

Biz ona sözügedən yerin çıxarışına baxmaq istədiyimizi bildirdidə bizə sözügedən sənədin bankda olduğunu söylədi.

Sonra biz Cəlilabad rayonunda olan 8 saylı kadastrı idarəsi ilı əlaqə saxladıq və sözügedən yerə heç bir çıxarışın olmadığı məlum oldu.

Qarşı tərəfi də dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM