4 nömrəli Masazır kənd orta məktəbinə yad şəxs necə daxil olub? - Direktor müəllimənin qanunsuz əməlinə göz yumdu - FOTO

13, 06, 22
13:30

4 nömrəli Masazır kənd orta məktəbinə yad şəxs necə daxil olub? - Direktor müəllimənin qanunsuz əməlinə göz yumdu - FOTO


Masazır kənd 4 nömrəli tam orta məktəbdə uşaqların təhlükəsizliyi üçün tətbiq olunan qaydalar “çeynənilib”.

Redaksiyamıza olunan şikayətdə bilinir ki, sözügedən məktəbin ibtidai sinif müəllimlərindən Əhmədova Jalə Ağasəf qızı bu qaydanı heç kimi vecinə almadan pozub.

Belə ki, snif rəhbəi olduğu 1-c sinfinin Əlifba Bayramı zamanı həyat yoldaşını və qızını həmin şənliyə dəvət edib. Bu azmış kimi, övladı və həyat yoldaşı səhnədə xüsusi bəh-bəhlə təqdim olunub, şəkillər çəkdirib.

Əhmədova Jalə Ağasəf qızının həyat yoldaşı həmin məktəbdə çalışmır və o məktəbdə valideyn deyil.

Bu zaman bir neçə sual yaranır.

Maraqlıdır, körpə uşaqların əlifba bayramında müəllimənin həyat yoldaşının – yad bir şəxsin nə işi var? Məktəbin direktoru, direktor müavinləri hara baxır?

Abşeron regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva bu məsələdən xəbəri varmı?

Ümid edirik ki, həm direktorun, həm müəlllimin cəzası veriləcək.

Qeyd edək ki, Masazır kənd 4 nömrəli tam orta məktəbinin direktoru Fəxriyyə Hüseynovadır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın