Nuranə Abdullazadə Tərtər rayon təhsilini bataqlığa çevirib? - İDDİA

03, 05, 22
10:00

Nuranə Abdullazadə Tərtər rayon təhsilini bataqlığa çevirib? - İDDİA


Azərbaycan təhsili son dövrlər müxtəlif uğurlara nail olduğu bir vaxtda, nədənsə Tərtər təhsili heç cürə uğur qazana bilmir. Tərtər Icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü şəxsən Tərtər məktəbləri ilə maraqlansa da rüşvətin, korrupsiyanın, özbaşınalıqların heç cürə qarşısını ala bilmir ki, bilmir. Bununla ,uzun müddət ölkə təhsilində xüsusi mövqe tutan şəhər təhsilinin bu günkü bərbad vəziyyətinin əsas səbəbi kadr məsələsi ilə bağlıdır.

Bildirək ki, son 5 ildə Tərtər Təhsil Şöbəsində 2-3 müdir təyinatı verilib. Buna səbəb nədir deyə sual yaranır. Cavab isə çox sadədir!

Qanunsuzluq pik həddə çatdıqda direktorlara cəza vermək ixtiyarı olmayan amma vəzifəsinin səlahiyyətində buna izni olan təhsil şöbəsi müdirləri himayə edilən məktəb direktorlarının əvəzinə vəzifədən çıxarılır. Məhz buna görə bir müddətdir medianın gündəmindən düşməyən Tərtər ocaqları artıq son nəfəsini verməkdədir.

Xanım müdirənin bacarıqsızlığı

Tərtər məktəblərində qanunsuzluqların pik həddə çatmasının yeni təyin edilən Təhsil Şöbə müdirəsi Nuranə Abdullazadə qarşısını almaqda acizdir.

Nuranə Abdullazadə kimdir?

Abdullazadə Nuranə Binyami qızı 1993-cü ildə  Bakı şəhərində anadan olub. Bakı şəhərindəki 53 saylı tam orta məktəbi bitirib. 2011-ci ildə  BDU-nun Coğrafiya fakültəsinə, 2015-ci ildə magistraturaya qəbul olub  və oranı fərqlənmə diplomu ilə bitirib.

Nuranə Abdullazadə

2018-ci ildə dövlət qulluğuna imtahanında müvəffəqiyyət əldə edərək Tərtər Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə qəbul olub.

2019-cu ildə isə, AMEA-nın  Coğrafiya İnstitutunun  dissertanturasına  qəbul olub, hazırda orada təhsilini davam etdirir.

Tərtər Rayon İcra  Hakimiyyəti  Başçısının 12 avqust 2021-ci il tarixli 102 №li sərəncamı ilə  Tərtər RTŞ-nin müdir əvəzi vəzifəsinə təyin edilmişdir
Tərtər təhsilində Pozulan hüquqlar
Tərtər Rayon Təhsil Şöbəsinə müdir təyinatı olub
Qeyd etmək gərəkdir ki, Tərtər Təhsil şöbəsinin bəzi əməkdaşları müvəqqəti olaraq məktəblərə təhkim edilmiş və boş qalmış direktor kürsülərinin idarəçiliyin həyata keçirməkdədirlər. Hətta qanun belə 3 aydan artıq əvəzetməyə imkan vermədiyi halda bu şəxslər illərdir direktor postlarında əyləşməklə yanaşı həmçinin şəhər təhsil şöbəsinin əməkdaşı kimi də fəaliyyətlərin sürdürməkdədirlər. Nuranə xanım bunlara göz yumması təbii qəbul edilən məsələlər deyil. Əmək məcələsində

Xanım müdirə təhsil şöbəsini necə aldadıb?

Nuranə Abdullazadə təhsil şöbəsinin müdiri olduqdan sonra Tərtər təhsilində bu vaxta qədər müşahidə olunmayan, təəssüfdoğurucu hallara rast gəlinir. 

Məsələn rayon təhsil işçiləri bildirir ki, xanım müdirənin öz zövqünü diqtə edərək təhsil tədbirlərində bayağı toy mahnılarını səsləndirməsi hər kəsdə məyusluq yaradır.

Tərtər Təhsili uçruma gedir.

Artıq regional təhsil şöbələri yaradıldı. Rayonda qalan təhsil müdirləri isə sektor müdiri kimi fəaliyyət göstərəcəkdir.Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarələri yaradıldı, rəhbərliyi də bəllidir.

Tərtərdən sosial şəbəkələr vasitəsi ilə, Xəbəral.az-a verilən məlumata görə, Tərtər təhsilində olan nöqsanlara qarşısında çətin ki, Qarabağ regional təhsil müdiri, Tərtər təhsilinin müdiri Nuranə Abdullazadə ilə işləsin.Çox güman ki, Qarabağ regional Təhsili yaxın zamanda Tərtər təhsil şefi Nuranə Abdullazadə ilə yollarını ayıracaqdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın