Məhəbbət Vəliyevanın "dövlət təyinatlı vəzifəsi" SAXTA ÇIXDI

09, 02, 22
13:00

Məhəbbət Vəliyevanın "dövlət təyinatlı vəzifəsi" SAXTA ÇIXDI


Bir çox xəbər saytlarında Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yüksək vəzifəyə təyin olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, sabiq nazir müavini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin proqram təminatının inkişafı üzrə direktoru təyin olunub.

Xatırladaq ki, bu heç də hər hansı dövlət müəssisəsi deyil, tamamilə özəl bir tədris ocağıdır. Xanım Vəliyeva bu təyinatı cəmiyyətə guya yüksək vəzifəyə gəlmə kimi təqdim etməklə hansısa məqsədlərini reallaşdırmaq istəyir. Nazir müavini postundan “səhhətində yaranan problemlərə görə” uzaqlaşan M.Vəliyevanın hələ də təhsil sistemində güclü rıçaqları qalmaqdadır. Xüsusilə paytaxt məktəblərinin böyük əksəriyyəti hələ də onun qeyri-rəsmi kurasiyasındadır.

Verilən məlumatlara görə təyin olduğu yeni vəzifədə müxtəlif qrant layihələrdə iştirak etməklə M.Vəliyeva bir daha köhnə performansını nümayiş etdirmək niyyətindədir. Təbii ki, qrantların taleyini həll etməkdə mahir olan yeni direktor bu yolla Azərbaycan təhsilinin “inkişafına öz töhfələrini verməkdə davam edəcək”. Bu sahədə xüsusi texnologiyaları olan Vəliyeva Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzində yəqin ki, hələ çox yeni “texnologiyalar” da reallaşdıracaq . Yaşayarıq görərik... (Rubrika.Az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın