Texnologiya universitetində rektor və prorektor arasında ÇƏKİŞMƏ

18, 11, 21
13:30

Texnologiya universitetində rektor və prorektor arasında ÇƏKİŞMƏ


Texnologiya universitetinin rektoru A.Süleymanov və prorektor V İsmayılov arasında gərginlik pik həddə çatıb desək səhv etmərik. Çox maraqlıdır ki, rektor tərəfindən Təhsil nazirliyinə prorektor V. İsmayılovun tutduğu vəzifədən azad olunması haqqında dəfələrlə təqdimat yazılmasına baxmayaraq,qarşı tərəf hələki susur. Bu ilin oktyabr ayında V İsmayılovla (Yastı Salman-Böyük dayaqdakı mənfi obraz)əlbir olub qanuna zidd işlərlə məşğul olan "tədris şöbəsinin müdiri P.Axundov(Yarməmməd- Böyük dayaqdakı mənfi obraz) və" kadrlar şöbəsinin" müdiri Zaur Əliyev öz ərizələri əsasında yola salındılar. Oktyabr ayında universitetdə keçirilən Elmi Şurada V.İsmayılovun himayədarlıq etdiyi dekanlardan Mərdan Tağıyev şiddətli töhmətlə cəzalandırıldı, Nüşabə Hacıyevaya isə (dekan olma müddəti başa çatdığı üçün) xəbərdarlıq edildi.

Növbədə isə digər fakültə dekanı Azər Hüseyndir(lal Hüseyn- Böyük dayaqdakı mənfi obraz). Bu həmin o Azər Hüseyndir ki, vaxtilə V.İsmayılovun dəstəyi ilə dosent elmi adı olmadan "qoçuluqla" dekan "seçilmişdir" və dekan olmaq üçün legitim səs toplamış professor C.Hacıyevin hüquqları "nümunəvi tədris müəssisəsi qurmaq üçün göndərilən" V.İsmayılov tərəfindən qərəzli olaraq pozulmuşdur .Təsadüfü deyildir ki, etdikləri qanun pozuntularında cinayət əməli olan, adları yuxarıda qeyd olunan dekanları V.İsmayılov Elmi Şurada canfəşanlıqla müdafiə etməyə çalışırdı. Hansı ki, həmin dekanlar V.İsmayılovun göstərişləri əsasında belə qanun pozuntuları etmələrini şifahi olaraq rektora bildiriblər və rektor bunu Elmi Şurada etiraf edib. Vəziyyətin getdikcə gərginləşdiyini dərk edən hiyləgər və kəmfürsət Yastı Salman indi də (3 aylıq maaşı saxlanmaq müqabilində) elmi yaradıcılıq məzuniyyətinə getmək istəyir.(yəni vaxt udmaq istəyir, qoçun xay.. ..məsələsi) .O, son Elmi Şurada xahiş edib ki, doktorluq dissertasiyası müdafiə etmək üçün şura üzvləri onun elmi yaradıcılıq məzuniyyətinə getməsinə icazə versinlər, guya universitetə elmlər doktoru lazımdır.

V.İsmayılov! prorektor işlədiyiniz 5-6 il müddətində Azərbaycan Texnologiya Universitetinə sizin vurduğunuz maddi və mənəvi ziyanı universitetin mövcud olduğu 50 il müddətində heç kim vurmayıb.Bəli universitetə elmlər və fəlsəfə doktorları lazımdır, bunu hamı bilir, təkcə sizdən savayı. Əgər siz bilsəydiniz ki, tədris müəssisəsinə doğrudanda elmlər doktoru lazımdır, onda elmi dərəcəli müəllimlər sizin yarıtmaz işinızin nəticəsi olaraq universiteti atıb germəzdilər. 2015- ci ildə prorektor kimi " fəaliyyətə" başladıqdan sonra siz şəxsi qərəzlik zəminində elmlər doktorlarını (C. Hacıyev, A. Həsənov, Ş.Babayev) və dosentləri ( M.Abadov, H. Musayev, Namiq Davudov və b. )təqib edərək universitetdən didərgin saldınız. Atalar burada deyib də, quyunu gen qaz, bəlkə özün düşdün. Siz çox quyular qazmısınız insanlara bu 5-6 ildə. Gördünüzmi, elmi şura üzvləri sizin məzuniyyətə getməyinizə icazə vermədilər, axı, əməllərinizdir çıxıb qarşınıza. Digər tərəfdən siz iqtisadiyyat üzrə elmlər doktoru olmaq istəyirsiniz və maraqlıdır ona- buna quyu qazmaqdan haçan vaxt tapıb elmlə məşğul olmusunuz ? Elmi tədqiqat institutlarında insanlar 15-20 il, bəzən bir ömür çalışırlar ki elmlər doktoru olsunlar, siz isə baza ixtisasınız sosiologiya ola-ola 3_4 ilə iqtisadiyyat kimi mürəkkəb bir sahədən tələm- tələsik elmlər doktoru dissertasiyası müdafiə etmək istəyirsiniz?

Bir dəfə olsun bu müddətdə işlədiyiniz texnologiya universitetində müdafiə etmək istədiyiniz dissertasiyanın mövzusunda seminar keçirmisinizmi? Sizin fəlsəfə doktoru dissertasiyanızın necə bərbad vəziyyətdə olması haqqında prof.C.Hacıyev sosial mediada axı məlumat verib. Fəlsəfə doktoru dissertasiyasını da özünüz yazmamısınız və bu saxtakarlıqlarla hara qədər gedəcəksiniz. Siz bütün fəaliyyətinizi yalan və saxtakarlıq üzərində qurmusunuz, hələki maskalana bilirsiniz.Görün siz nəqədər məsuliyyətsiz və eyni zamanda təhlükəli adamsınız ki,elmə belə dırnağarası baxırsınız, layiq olmadığınıza nail olmaq istəyirsiniz. Sosiologiya sahəsində elm tükənib ki, siz, bilmədiyiniz - oxumadığınız sahədən doktorluq dissertasiyası müdafiə etmək istəyirsiniz?

Görəsən siz 3-4 ilə iqtisadiyyat sahəsində elmə məlum olmayan hansı kompleks məsələni, problemi həll etmisiniz? Hansı savadla, nədir sizi məcbur edən. Atalar deyib ki, xiyarla alınan eşşəyi sel aparar, ona görə ki, mayası sudur.İndi sizdə universitet əməkdaşlarının neçə illərdir ki cibinə girirsiniz və bütövlükdə oğurladığınız haram pullarla elmlər doktoru olmaq istəyirsiniz, yəqin ki, qismət olmayacaq.Çünki pul müqabilində yazılan dissertasiyanın içində ordan- burdan köçürülmüş kağız yığınından başqa heç bir şey ola bilməz.Digər tərəfdən siz bildirirsiniz ki, vəzifədən getmək istəyirsiniz, amma nazirlik sizin kimi əvəzedilməz bir kadırı itirmək istəmir.Görəsən TN-i hansı müsbət işinizə görə sizin kimi saxtakarı vəzifədə saxlamaq istəyir:

- dekanlarla əlbir olub kütləvi şəkildə qayıbları silmək məqsədilə tədris jurnallarını dəyişdirdiyinizəmi görə;

-buraxılış işləri ilə əlaqədar tələbələrin ofşor şirkətlərə pul keçirmələrinə məcbur edilməsinəmi görə (əgər bunu başqaları edibsə,sizdə xeyriniz üçün cinayətə göz yummusunuz).

-akademik kəsiri olan tələbələrin qanunsuz olaraq buraxılış imtahanina buraxılmağına göz yumduğunuzamı görə (nəticə etibarilə əsgəri xidmətdən 6 ay yayınmanın səbəbkarı olmusunuz)

-dosent adı olmayan A.Hüseynin dekan seçilməsini təşkil etdiyinizə və digər vəzifələrə seçkiləri saxtalaşdırdığınızamı görə;

-elmi dərəcəsi olmayan S.Əfəndiyevi (yer mıxı) magistratura və doktorantura şöbəsinə müdir təyin etdirdiyinizəmi görə;
-magistraturaya şişirtmə qəbul planının verilməsi ilə tədrisi iflic vəziyyətə salmağınızamı görə;

-şişirtmə maaş şəklində universitetin büdcəsindən külli miqdarda haram pullar mənimsədiyinizəmi görə;

-Universitete qəbul olmuş subbakalavrları rüşvət müqabilində aylığa buraxdığınızamı görə;

-Universitetdə Piri Axundovun bələdçiliyi ilə fətullahçılardan ibarət nurçuluq mərkəzi yaratdığınızamı görə;

- Universiteti kollec səviyyəsinə saldığınızamı görə(sizin yarıtmaz fəaliyyətiniz nəticəsində bu gün universitetə qəbul olan tələbələrin 60 -70% subbakalavrların və 150 balla qəbul olan tələbələrin hesabınadır);

-Universitetin maddi texniki bazasını və kadr potensialını məhv etdiyinizəmi görə;

Bu siyahını xeyli uzatmaq olar,lakin yuxarıda göstərilənlər də sizin necə, üzdən iraq kadr olmağınıza kifayət edir. Şübhəsiz sizi daha da azğınlaşdıran, təkəbbürlü edən universitetdəki yaltaqlar olub (Röyşən.Hacıyev, Nazim Vəliyev, Şakir.Əlizadə, Mamed. Urkayev, Nazim Kərimov, Fuad Yusifov, Zeynalabdinzadə İradə, və b.). Bütün bunların hamısı onu göstərir ki, siz başına şahlıq quşu qonmuş təsadüfi bir adamsınız. Sizin xarakterinizdə olan təkəbbürlük, acgözlük cılızlıq, xudpəsəndlik, görməmişlik, böyüklərə yaltaqlıq - zəiflərə qarşı qəddarlıq, kəmfürsətlik və digər mənfi keyfiyyətlər imkan verməz ki, bu quş sizin başınızda dayansın.

Sonda bunuda bilin ki, işlədiyiniz bu 5-6 ildə siz iki şey qazanmısınız: çoxlu pul və kollektivin nifrətini. (xeberfakt.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın