Gəncə təhsilində vəziyyət əvvəlki kimidir YƏNİ BƏRBAD! - GİLEY


Əməkdar müəllim, Azərbaycan yazıçılar, jurnalistlər, aşıqlar birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı, şair, 1995-ci ildən YAP-ın üzvü, Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daha bir müraciət ünvanlayıb. Daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident və Mehriban xanım! Bizə yol göstərin, haqq səsimizi və fəryadımızı eşidən yoxdur. Bu biabırçılıqdır. Artıq haray salıb şüvən qoparırıq. Bununla yazıb sizə bildirirəm ki ,mənim sizə bu günə qədər yazdıqlarım cavabsız və nəticəsiz qaldı. Bu günə qədər bütün müraciətlərimə nə baxan var, nə tədbir görən. Belə çıxır ki, dəyirman bildiyini edir, çarx-çarx baş ağrıdır. Mən dəqiq başa düşmüşəm ki, bütün bunlar prezident aparatının məsul işçilərinin öz üzərlərinə düşən işlərinin öhdəsindən gələ bilməməsi və onların özbaşınalıqlarından irəli gələn səbəblərdi. Çünki onlar mənim bu cür sanballı müraciətlərimi nəzarətə götürmədən birbaşa Təhsil Nazirliyinə göndərirlər. Təhsil Nazirliyi isə hazırda korrupsiya və rüşvətxorluq içində boğulur. Təhsil Naziri Emin Əmrullayev faktiki olaraq yerində olmayan nazirdir. Odur ki, 07.09.2021- ci ildə keçirdiyi Brifinqdə də bir daha sübut etdi ki , ondan Təhsil Naziri olmaz. Suallar qarşısında bir daha öz acizliyini göstərdi. O, bütün xalqı özünə güldürdü. Vətəndaşların normal, adi suallarına belə cavab verə bilmədi. Sən demə bu adamın nitq qabiliyyəti də yox imiş. Hələ təhsili bilmədiyi bir yana qalsın , gərək bir müəllim yanına hazırlığa gedib nitq mədəniyyətini öyrənsin. Ona görə də özü kimi Təhsil Idarə müdirləri var. Buna misal olaraq Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev bəs edir. O, Emin Əmrullayevə güvənib Gəncə şəhərində at oynadır , hökmranlıq edir, təhsili bərbad hala salıb. Artıq Gəncə şəhər təhsilində rüşvətxorluq və özbaşınalıq son həddə çatıb. Hətta bir neçə məktəbin işləri ilə prokurorluq məşğul olur. Kadr siyasəti sıfır vəziyyətindədir.

Cənab prezident indi siz baxın dəfələrlə demişəm Gəncə şəhərində 3 məktəb direktoru və hər üçü əməkdar müəllim olduğu halda və üçünündə 65 yaşı tamam olduğu təqdirdə necə olur ki ,30 nömrəli məktəbin direktoru mən, 29 nömrəli məktəbin direktoru Valeh Hüseynov Nazirliyin öz əmrinin ziddinə olaraq, öz qaydalarına əməl etmədən məhz Anar Qədiməliyevin sifarişi ilə qeyri qanuni işdən çıxarılırıq amma 5 nömrəli məktəbin direktoru Bəhram Imranov işdə saxlanılır və bu gündə onunla yenidən müqavilə bağlanılır. İndi sual olunur: Bəhram Imranov mən və Valeh müəllimdən hansı qabiliyyətinə , hansı işgüzarlığına, ictimaiyyət arasında hansı hörmət və nüfuzuna , rəhbərlik etdiyi məktəbin hansı yüksək göstəricilərinə və nəhayət hansı şəxsi keyfiyyətlərinə və hansı uğurlarına görə qalib işləyir. Bir sözlə bu adamlara təmiz və şərəfli müəllimlər lazım deyil. Təhsil nazirliyinin bu hərəkəti şəxsən bizə söyüş və təhqirdir. Sanki bizə acıq verirlər. Bu adamın işdə saxlanılmasında Nazir Emin Əmrullayevin məqsəd və maraqları nədir ? Mən hələ bir ay bundan qabaq yazmışdım ki ,bu adam işlədiyi kollektivdə də deyib ki , mən işimi düzüb qoşmuşam nə qədər ki, Anar Qədiməliyev burda müdiridir 70 yaşa qədər də qalıb işləyəcəm. Gəncə şəhərində də danışırlar ki , bu adam işdə qalmaq üçün rüşvəti Anar Qədiməliyevin qayınatasına verib və güman edilir ki ,yaxud Bəhram Imranovun doğma əmisioğlu Azərbaycan hərbi Prokurorunun müavini general Şəfayət Imranov Emin Əmrullayevə tapşırıb. Bəli, deməli ki , Bəhram Imranovun işdə qalmağının səbəbi bu iki məsələdən biridir.

Cənab prezident mən və Valeh müəllim dövlətin və dövlətçiliyin qorunub saxlanılmasında qan töküb, can vermişik. Nədir biz xalq düşməniyik? Sadəcə olaraq onu bildirmək istəyirəm ki, Gəncə şəhər Təhsil

idarəsinin müdiri Anar Qədiməliyev vəzifəsindən sui istifadə edərək, və vəzifə səlahiyyətlərini aşaraq şəhərdə qanunla nəzərdə tutulmuş bütün məktəb direktorlarının hüquqlarını tapdalayıb , onların səlahiyyətlərini əllərindən alıbdır. Bütün kadr siyasəti məsələlərini öz əlində cəmləşdirib. Hətta 65 yaşı tamam olan müəllimlərdən də savadlı, vicdanlı, müəllimləri işdən çıxardır, kim pul verirsə və ya tapşırılırsa onları işdə saxlayır. Bunlar hamısı reallıqdır. Məktəb direktorlarını isə mən qınamıram. Onlar danışmağa qorxurlar. Bu barədə bir mən və Valeh müəllim danışırdıq, bizi də 65 yaşı bəhanə edib, düşünülmüş formada işdən çıxartdırdı. Bəs onda respublikada 75-80 yaşı olan məktəb direktorları necə qalıb işləyirlər? Ayıbdır axı.

Cənab Prezident bir sözlə bu adamlar, başda Emin Əmrullayev, hətta Prezident Aparatının bir sıra məmurları ölkə rəhbəri kimi, prezident kimi sizdən qorxub çəkinmirlər, xalqı qəsdən sizdən incik salırlar. Sizin adınıza bilərəkdən xələl gətirirlər. Mən belə qənaətə gəlmişəm ki, Emin Əmrullayev və Anar Qədiməliyev bir il xaricdə təhsil aldıqları üçün bəlkə də, xarici kəşfiyyat orqanları ilə əlaqələri var, və xaricdən qidalanırlar. Təhsili qəsdən bilə-bilə dağıdırlar. Biz isə, burada köməksiz vəziyyətdə qalmışıq. Ən başlıcası budur ki, sual olunur: Təhsil Nazirliyinin marağı nədir ki, Azərbaycan Dövlət Aqrar Universitetini bitirən mühasib, təhsil müdiri işləməlidir? Bu hal milləti barmağına dolamaq deməkdir. Amma bunlar bir şeyi bilməlidirlər ki, və dərk etməlidirlər ki, bizim prezidentimiz kimi yer üzərində demokratik prezident yoxdur. Bu adamlar birdə onu düşünsünlər ki, onların arxasında hansısa gizlin qüvvələr dayanırsa, mən və Valeh müəllimin arxasında prezident İlham Əliyev, Mehriban xanım Əliyeva və Leyla Əliyeva dayanır. Görək indi kim kimə güc gəlir. Odur ki, mən inanıram ki, haqq nazilər, amma üzülməz, gec-tez inşallah sizin rəhbərliyiniz və köməkliyiniz sayəsində biz işimizə qayıdacağıq. Qoy Emin Əmrullayev və Anar Qədiməliyev kimiləri bizi yiyəsiz bilməsinlər. Emin Əmrullayevin azacıq vicdanı, namus və qeyrəti varsa, onu aldadan Muxtar Məmmədov, Orxan Abbasov, Eşqi Bağırov və ən başlıcası Anar Qədiməliyev haqqında və onların buraxdıqları cinayətlər barəsində ciddi tədbir görməlidir. Mən istərdim ki, Emin Əmrullayevin nazirlikdə öz, “Nazir sözü” olsun.

Cənab Prezident və Mehriban xanım sizdən də xahiş edirəm ki, bizim barəmizdə əsl həqiqətlərin aşkar olunmasına və ədalətin zəfər çalmasına göstəriş verəsiniz. Çünki, ümidimiz, güvənc yerimiz, gümanımız yalnız sizədir. Bizim nə adamımız, nə də imkanımız var. Amma biz əsl təhsil işçiləriyik". (DİA.AZ)

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“

“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“

  • 13 sen, 22:30
“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

  • 08 sen, 21:30
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi
“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər

“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər

  • 24 avq, 17:00
“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar