Pul yığmaqda ittiham olunan məktəb direktoru danışdı: Əsassız ittihamdır!

21, 02, 21
21:00

Pul yığmaqda ittiham olunan məktəb direktoru danışdı: Əsassız ittihamdır!


Azerbaycanrealligi.com saytının 21.02.2021 ci il tarixli "74 saylı məktəbin direktoru Murad Zeynalov şagirdlərdən pul yığır - 8 Mart" başlıqlı yazısına sözü gedən məktəbin direktoru Murad Zeynalov Azərbaycan Reallığı informasıya agentliyinin sorğusuna dərhal cavab olaraq bunları bildirmişdir:  

"Mən fikrimi açıq şərh vasitəsilə bildirirəm. Əsassız ittihamdır. Fakt və dəlili varsa, araşdırma üçün aidiyyəti qurumlara müraciət edə bilər" deyə Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən 74 saylı tam orda məktəbin direktoru Murad Zeynalov bildirmişdir. Qeyd edək ki, sözü gedən yazıda jurnalist Lalə Mehranlı 74 saylı tam orta məktəbə yeni təyin olunan direktor Murad Zeynalovun şagirdlərdən 8-10 manat arası pul yığdığını və valdeyinlərin artıq bezdirildiyini qeyd etmişdi. "Görəsən, muəllimlər yığdığı pulları aparıb bu kişi direktora verəndə nə deyirlər?" Kimi ittihamlar səsləndirmişdir. Daha sonra 74 saylı məktəbin bir neçə müəlliməsidə direktor haqqında gedən bu yazıya etirazların bildirərək deyilənlərin yalan şər böhtan olduğunu şərh ediblər

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın