Tələbəni təhqir edən Nərminə Qaralova kimin adamıdır? - Faktlar


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova distant formada keçirilən imtahan zamanı,tələbələrdən birini xoşagəlməz ifadə ilə təhqir edib. Həmin hadisənin yer aldığı video görüntü ilk olaraq Azerbaycanrealligi.com saytının "Azərbaycan Reallığı" facebook səhifəsində paylaşılıb. Məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova distant formada keçirilən imtahan zamanı tələbələrdən birini xoşagəlməz Şamtutan ifadə ilə təhqir edib. 

 Nərmin Qaralova

Daha sonra Nərmin Qaralova Kütləvi informasiya Vasitələrinə bu sözün təhqir olmadığını,Qədim Yunanıstanda filosoflar, pedoqoqlara, tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu elektrik enerjisinin olmadığı bir zamanda, qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub, deyə kimi açıqlama verərək özünü sığortalamağa çalışmışdır.

Zakir Qaralov

Azerbaycanrealligi.com saytına isə Nərmin Qaralava ilə bağlı belə bir məlumat daxil olub:

Fərəh Əliyeva 2014-cü ildə ADMİU-ya rektor təyin olunanda özü ilə bir çox qeyri-ixtisas sahiblərini - həyat yoldaşının dostlarını, rəfiqələrini, tələbə yoldaşlarını və.s universitetə dəvət edərək onlara yüksək vəzifələr həvalə etdi. Bunların sırasında sabiq rektorun yetirməsi, Nərminə Qaralova ayrıca yer aldı. O Nərmin Qaralova ki, müxtəlif vaxtlarda Az.tv və İTV də müxbir-redaktor vəzifələrində çalışmış və vaxtaşırı öz verilişlərində müəlliminin aparıcı qismində iştirakını təmin etmişdi...  

Əvvəllər Musiqi Akademiyasının əməkdaşı olan N.Qaralova, "ustad"ı ADMİU-ya rektor təyin olunar-olunmaz bu teatr məbədinə - "Mətbuat katibi" vəzifəsinə adlamış, çox sayda təcrübəli müəllimlərə qarşı qeyri-humanist davranış nümayiş etdirərək, onları universitetdən uzaqlaşdıran rektora havadarlıq etməklə universitetin tarixində iz buraxmışdı...

Fərəh Əliyeva

2015-ci ildə dissertasiya müdafiə edərək  "Musiqi sənəti" fakültəsinə dekan, 2020-ci ildə isə ADMİU-nun nəzdindəki  Humanitar kollecə direktor vəzifələrinə təyin edilən N.Qaralovanın karyerasındakı bu yüksəlişi, bir tək Fərəh xanımın adıyla bağlamaq doğru deyil. Nərmin Qaralovanın sabiq respublika prokuroru Zakir Qaralovun ən yaxın qohumu olması artıq kimsəyə sirr deyil... Bundan belə bu xanımın kimin nəyi olması bizi qətiyyən ilgiləndirməz, ancaq könül istər ki, Humanitar kollec direktorunun son zamanlar tələbələrə qarşı etdiyi qeyri-etik davranışlara,  onun ustadı Fərəh Əliyevanın özü qiymət versin və həm də obyektiv qiymət versin! Arayış: Ellada xanım, sabiq xanım rektora Nərminə xanımdan bir köynək daha yaxın olduğundan (onlar orta və ali məktəblərdə bir yerdə təhsil almışlar), Fərəh xanımın məsləhəti ilə "Musiqi sənəti" fakültəsinin rəhbəri vəzifəsindən imtina edərək, vaxtilə öz yerini Nərminə Qaralovaya ötürmüşdü. Sabiq rektor da, əski musiqişünas rəfiqəsinin bu jestini cavabsız buraxmamış, onu "Teatr sənəti" fakültəsinə  dekan vəzifəsinə təyin etmişdir. Deyə sonda məlumatlı mənbə bildirib.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO

"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO

  • 04 mar, 18:00
"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

  • 16 fev, 23:00
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar