Mingəçevir şəhər məktəb direktorundan nümunəvi addım: Ehtiyacı olan ailələrə ərzaq yardımı edildi - FOTOLAR

Təhsil / Manşet
 28-04-2020, 20:22     2 223


Mingəçevir şəhəri R.Mirabov adına 7 saylı tam orta məktəbin direktoru Anar İsmayılovun rəhbərliyi ilə məktəbin kollektivi tərəfindən koronavirus pandemiyasının yaranması ilə əlaqədar olaraq bir neçə ehtiyacı olan ailəyə ərzaq yardımı edilib. Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə sözü gedən məktəbin facebook səhifəsində məlumat yayılıb.Həmin məlumatı və fotoları olduğu kimi oxucularımıza təqdim edirik.

Respublikamızda Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi karantin rejiminin tətbiq olunması ilə əlaqədar yaranmış vəziyyət bizim məktəbin kollektivi tərəfindən nəzərə alınmışdır. Mövcud vəziyyətdə ehtiyacı olan şagirdlərimizin ailələrinə yardım məqsədilə məktəbin direktoru Anar İsmayılovun rəhbərliyi ilə pedaqoji kollektivin üzvləri tərəfindən maddi yardım göstərilmişdir. Belə günlərdə xeyirxahlıq və həmrəylik xalqımızın bir daha güclü olduğunun göstəricisidir 





Azerbaycanrealligi.com