Ağdamda təhsil mərkəzinin yanında "bomba" var: FHN hara baxır?

07, 12, 18
15:27

Ağdamda təhsil mərkəzinin yanında "bomba" var: FHN hara baxır?


Ağdam rayonunda yanacaqdoldurma məntəqəsi təhsil mərkəzi ilə yanaşıdır 

Azerbaycanrealligi.com xəbər verir ki, Sozcu.az-a daxil olan məlumata görə, Ağdam rayonunda olan "Qarabağ" Təhsil Mərkəzi ilə yanaşı böyük bir yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Real yanğın və təhlükə mənbəyi hesab edilən bu yanacaqdolduma məntəqəsi yaxınlığında 200 nəfərdən çox Abituriyentin hazırlaşdığı təhsil mərkəzinin istifadəyə verilməsi nədənsə aidiyyəti qurumların gözündən yayınıb.
Təhsil mərkəzinin yaxınlığında olan "Kaspi Oil" adlı yanacaqdoldurma məntəqəsi ilə təhsil mərkəzinin bu qədər yaxınlıqda olmasına icazə verən dövlətin səlahiyyət nümayəndələri bunula nə qədər böyük bir məsuliyyətin altına girdiklərini anlamırlarmı görəsən?
Mütəxəssislərin bildirdiyinə görə, yanacaqdoldurma məntəqələri ilə yaşayış evləri arasında məsafə ən azı 1 kilometr olmalıdır. Yanğın baş verəndə insanları təkcə alov öldürmür. Yanğın zamanı çıxan boğucu qara tüstülər bina hündürlüyündə qalxarsa, ətrafdakı insanların ölməsinə kifayət edir. Belə olan halda insanların həyatlarına bu qədər biganə qalan səlahiyyət sahiblərinin hansı ağılla bu qanunsuz əmələ imza atdıqlarına təəcüblənməyə bilmirsən. Məncə bu cür qanunsuzluq bəzi məmurlarda maddiyatın insan həyatından yuxarda dayanmasının göstəricilərindən biridir. Ağdam rayonunda yaranan bu özbaşınalıq ciddi şəkildə araşdırılmalıdır. Tək bir qığılcımla nələr ola biləcəyini düşünəndə belə, insan dəhşətə gəlir.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın