Sabiq deputat etiraz etdi: "Keçid zonasında tualetlər "it günündədir"

05, 08, 18
12:58

Sabiq deputat etiraz etdi: "Keçid zonasında tualetlər "it günündədir"

"Azərbaycandan geri qayıdan rusiyalılar şikayət edirlər ki, ölkənizin şanlı gömrükçülərinin niyə texniki avadanlıqları yoxdur ki, çantaları skan etsinlər?".

Azerbaycanrealligi.com bildirir ki, bunu sabiq deputat Nazim Bəydəmirli Feysbuk-dakı səhifəsində yazıb.

Keçmiş deputat bildirib ki, Gürcüstan gömrük sərhəddini keçəndə inspektor əlində olan mobil skanerlə avtomobilin salonunu, baqajı 15 saniyəyə yoxlaya bilir,  ancaq bizimkilər avtomobilin baqajını sərnişinlərə boşaldırıb, 50 metr daşıtdırırlar: "Keçid zonasında tualetlər "it günündədir", tualetlərin hamısı antisanitariyadır. Camaatla kobud davranırlar, rus dilində söz soruşanlarla Azərbaycan dilində cavab verirlər. Sual verirlər ki, beynəlxalq sərhəddə dil bilməyən inspektorların nə işi var?!".

Nazim Bəydərmirlinin sözlərinə görə, SDK-ya çatmamış sonuncu yanacaqdoldurma məntəqəsindən sərhəddə qədər kafelərin önü zir-zibil, iy-qoxu, küçə heyvanları ilə doludur: "Rus soydaşımızdan soruşur: Budur sizin turizm cənnətiniz-ölkəniz?"

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın