“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır

Sosial
 31-07-2018, 18:57     1 204

“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin "iOS" və "Android" sistemləri üçün son yeniləməsində əlçatandır.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən "iştirakçıları əlavə etmək" düyməsinin üzərinə sıxmaq lazımdır.