Şirkət müdirinin səfil həyatı - Küçələrdə bomj həyatı yaşayır.

24, 07, 18
19:40

Şirkət müdirinin səfil həyatı - Küçələrdə bomj həyatı yaşayır.

Azerbaycanrealligi.com xəbər verir ki, Əliyev Arif Lətif oğludur. 62 yaşı var. Xanlar rayonundandır. İki dəfə ali təhsil alıb. Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər Yunanıstanda özünün yaratdığı şirkət rəhbəri olub. Sonradan tanış olduğu dostu ilə birlikdə bu şirkəti idarə etmək onun üçün baha başa gəlib.

Dostu banklardan külli miqdarda onun adına kredit götürərək qaçıb. Adam kredit borclarını qaytarmaq üçün evlərini, maşınını varını, dövlətinı satıb. Deyir, Allahıma şükürlər olsun ki, vaxtında Yunanıstanda həyat yoldaşımın adına ev və maşın almışam. Müflisləşəndən sonra həyat yoldaşı uşaqlarını da götürüb bunu tərk edib.

İndi adam 3 ildir ki, küçələrdə yaşayır. Heç kimi də yoxdur. Bir neçə gün bundan əvvəl Tbilisi prospektində yaşadığı küçədə onun sənədləri, əmək kitabçası, diplomları və digər bütün sənədləri oğurlanıb. Şəkər xəstəsidir. Ayağının biri şişib və işləmir deyə, ayağüstə durub yeriyə bilmir.

Onun köməyə ehtiyyacı var. Bu dayını sığınacaqda, qocalar evində yerləşdirmək lazımdır. Deyir, həyata bütün həvəsim sönüb və ümidlərim qırılıb deyə, bu günə qədər qocalar evinə getməyə əhəmiyyət verməmişəm.

Qeyd: Tbilisi prospektində "Qaçqınkom"un binası ilə üzbəüz yerüstü keçidin yanındakı küçədə yaşayır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın