Daha ağıllı olduğunuzu göstərən 8 vərdiş

23, 07, 18
01:22

Daha ağıllı olduğunuzu göstərən 8 vərdiş

Pis vərdişlərlə bağlı bir şey deyim. Pis vərdişlərin həddən artıq olması sizə zərər verir, kiçik dozada olması isə faydalıdır. Məsələn, pinti bir masada işləmək istəməyə bilərsiniz, ancaq üzəri azacıq dağınıq olan masa sizi daha yaradıcı edir. Ananızın, müəlliminizin və iş yoldaşınızın dediklərinin əksinə, sizin üçün faydalı ola biləcək 8 pis vərdişə bir göz ataq.
1) Ertələmək
Yazıçı və professor Adam Grant ertələməklə bağlı düşüncəmizi bir az genişləndirməyimiz lazım olduğunu müdafiə edir. Ona görə nələrisə ertələmək sadəcə tənbəllik anlamına gəlmir, eyni zamanda, düzgün zamanı gözləmək olaraq da düşünülməlidir. Başqa sözlə, işlərinizi ertələmək yaradıcılığınızı artırmağa köməklik edə bilər. Çünki, işinizi ertələyərək, fikrinizi inkişaf etdirmək üçün özünüzə yeni bir şans verirsiniz.
2) Dırnaq yemək
Aparılan bir araşdırmaya görə, uşaqlıqda dırnaqlarını yeyən insanlarda alergiya olma ehtimalı azalır. Dırnaq yeməyin uzun müddətli pis nəticələri olmasa da, bu vərdiş dırnağın ətrafındakı dəriyə ziyan verərək sizi infeksiyaya qarşı daha həssas edir.
3) Gecikmək
Mütəmadi olaraq gecikmək şəxsi və professional münasibətlərinizə zərər verə bilər. Digər tərəfdən, gecikən insanların daha optimist olduğunu söyləyə bilərik, çünki hər zaman ən yaxşısını umar və gözləyərlər.4) Şikayətlənmək
Kimsə mütəmadi şikayətlənərək ətrafındakı insanların gözündə pis görünmək istəməzlər. Aparılan son araşdırmalar, düşüncəli şəkildə şikayətlənən insanların daha xoşbəxt olduğunu ortaya qoyub.
5) Saqqız çeynəmək
İş görüşməsində saqqız çeynəmək qeyri-etikdir, bunu etməyin. Ancaq, tək qaldığınız vaxtlarda saqqız çeynəmək məhsuldarlığınızı artırmaq və rahatlamaq üçün yaxşı bir üsuldur.
6) Dağınıqlıq
Əgər sənədləriniz iş yoldaşınızın masasına qədər gəlib çatıbsa, masanızı yığmaq vaxtı gəlib deməkdir. Dağınıqlığınızı özünüzə saxladığınızı hesab etsək, qarmaqarışıq bir şəkildə işləməyin bir çox faydası var. Məsələn, dağınıqlıq insanları daha hədəfli və məhsuldar edir.
7) Xəyalpərəstlik
Əslində, 2010-cu ildə bir araşdırma mütəmadi xəyallara dalmağın zərərli olduğunu sübut etmişdir. Ancaq, şüurlu olaraq özünüzə bir neçə dəqiqə ayırıb zehninizi uzaqlara götürmək sizi daha məhsuldar və yaradıcı edir.
8) Danışarkən fasilələr vermək
Danışarkən eee, ııı, ummm kimi kəlimələrdən istifadə etmək professional olmaya bilər. Ancaq, araşdırmalar bu tərz sözcüklər, dinləyicilərin daha yaxşı başa düşməsinə və deyilənləri xatırlamasına köməklik etdiyini göstərir. Həmçinin, yaradıcı insanlar bu tərz sözcükləri istifadə etməyə daha meyllidirlər. (moneta.az)

Bizimlə əlaqə saxlayın