Araz supermarketlər şəbəkəsində alıçılara qarşı reykertlik edilir.

Sosial
 31-08-2018, 22:23     1 481

Araz supermarketlərin mühafizəçiləri müştərilərlə kobud rəftar edirlər.

"Favourite" mağazalar şəbəkəsinin Araz mağazalar şəbəkəsinə birləşdirilməsindən sonra xidmətin keyfiyyəti çox pisləşib. Beləki bir neçə gün əvvəl ərzaq məhsulları üçün 9-cu mikrorayonda yerləşən "Favourite" dükanına daxıl olan 24saatxəbər.com saytının xüsusi müxbiri Cəmil Hacıyev mühafizəçilərin kobud rəftarı ilə üzləşib. O biskivit məhsullarını vitirindən seçib götürərkən mühafizəçi onun firma işçisi kimi, nə üçün mallara toxunduğunu və buna ixtiyarı olmadığını kobud şəkildə bildirib.
Araz supermarketlər şəbəkəsində alıçılara qarşı reykertlik edilir.
“Doğrüsu özümdə mat qalmışdım dükana girəndən mühafizəçi məni izləyirdi, bu nörmal hal deyildi, indi heç kim çöp belə götürə bilmir. "Favourite" super marketlərində kamera izləmə sistemi hər anı fiksə edir. Mühafizəçilərin köbud müdaxiləsinə ehtiyac yoxdur. Amma özünü təqdim etməyən mühafizəçi bunu etdi. Mən onu normal davranışa dəvət etsəmdə o daha da aqresivliyə yol verirdi. Sonda məni məcbur etdi ki, mən ərzaq almağı yarıda qoyum və kassalara yaxınlaşım. Mühafizəçi orada daha da aqresivləşdi təhqirə keçdi, mən ona özünü təqdim eləməyi bildirdim, lakin o bundan imtina etdi, mən telefonumu çıxardıb onun şəklini şəkmək istəyirdim, bu an digər mühafidəçi əl qol atmağa başladı. Onlar bildirdilər ki, şəkil çəkə bilməzsiz. Mühafizəçilərin tələbi tam əsassız idi, və zorakılığa , “reykertliyə” yönəli addım idi. İctimai-iaişə obyektləri ictimayi yerlərdir, dövlətin və ya səxsi mülkiyyət olmasından aslı olmayaraq ictimai yerdə mətbuat işçilərinin negativ halları ictimailəşdirməyinə mane olmamalıdırlar. Bundan əlavə Araz supermarketlər şəbəkəsindən edilən zənglər, operator Təhminə Qurbanlı və ya piyar menicer kimi özünü təqdim edən Billurə Məmmədovaya izah etdim ki, işçiləri küçədən bir başa iş başına buraxırlar. İctimaiətlə işləmə təcrübəsi olmayan,əxlaq normalarını bilməyən adamların xidmət göstərməsi yol verilməzdir.
Bu hallarla əlaqədar məcbur olub DİN-nin qaynar xəttinə şikayət etdim. 7-ci polis bölməsindən ora gələn polisləri görən müşahidəçilər gizlənməyə başladılar. Xalqın deyimi olmasın “polis görən kimi pəhlavanlıq iddiasında olanlar dovşana döndülər”. Hazırda 7- ci polis bölməsi iş üzrə araşdırma aparır. Amma Araz supermarketlər şəbəkəsinin rəhbərliyindən də polisə zəng edib xahiş edələrdə tapıldı. Özünü piyar menicer kimi təqdim edən Billurə Məmmədova hamının adından məndən üzür istəsədə bildirdim ki, bu hal birinci dəfə deyil. Vaxtı keçmiş mallar satırsız, vitrində bir qiymət, kassada başqa qiymət tətbiq edirsiz, vergidən yayınırsız, vaxtı keçmiş malları xüsusən biskivitləri yenidən paketləyib yeni tarixlə təkrar satışa çıxarırsız, əmədaşlarınızın əsəriyyəti ilə əmək müqaviləsi olmadan işləyirsiz, bu qanun pozuntuları azmış kimi hələ istehlakçıları təhqir etmədən çəkinmirsiz. O isə,işçilər üçün kurslar təşkil edildiyini amma imtahandan iki alanında işə alındığını qeyd etdi. Araz supermarketlər şəbəkəsinin rəhbəri Məmmədqulu Süleymanlıdan soruşuruq piyar menicer Billurə Məmmədova dedikləri düzdürsə kurslar bitrə bilməyənin işə neçə alınır?” Ən pis hal o idiki, hətta filal rəhbəri İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu heç vaxt üzünü belə görməyib” deyə Cəmil Hacıyev bildirdi.
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunuda qeyd olunur: Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 
Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər» əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir.
Məsələni gündəmdə saxlayacayıq və Araz supermarketlər şəbəkəsinin rəhbəriliyinin mövqeyi dərc etməyə hazırıq.