Ordumuz aviasiyanı havaya qaldırdı

12, 06, 18
16:04

Ordumuz aviasiyanı havaya qaldırdı

Ordumuz aviasiyanı havaya qaldırdı


Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib.
Bu barədə Report-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.
Uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub.
Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.

Bizimlə əlaqə saxlayın